SON XƏBƏRLƏR

Səid Bidoxt azadlığa buraxıldı

2021.10.20, 07:36
Səid Bidoxt azadlığa buraxıldı

Gunaz.tv

GünAzTv: Milli-mədəni fəal cənab Səid Bidoxt 2 Həftəyə yaxın ağır şərtlər altında həbsdə saxlanıldıqdan sonra müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Səid Bidoxt iki digər soydaşımızla birlikdə 2010-cu il iyun ayının 16-da (xordadın 26-ı), Təbriz polisinin təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən yaxalanıblar.

 

GünAzTv mətbuat mərkəzinin “Sana”-ya istinadən yaydığı məlumata görə, sözü gedən 3 soydaşımız Təbrizin Bələdiyyə futbol komandası ilə İsfahanın “Sepahane Novin” taxımı arasında keçirilən müsabiqə zamanı tutuqlanmışdılar. Yaxalanan digər iki soydaşımızın kimliyi barədə heç bir məlumat yoxdur.

 

Xatırladaq ki, Səid Bidoxt 2006-ci il may ayı hadisələri zamanı tutuqlanıb, 8 ay həbs olduqdan sonra Əhər zindanından azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar