Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Referendumu nəzərdə tutan plan qüvvədədir.“Prezidentlər daha bir addım atmalı və əsas prinsiplər üzərində işi başa çatdırmalıdır”.
Gözlənildiyi kimi, “Böyük səkkizlər” in Kanadanın Hantsvill şəhərində ötən həftə keçirilən sammiti zamanı Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr olub və birgə sənəd qəbul edilib.
GünAzTv mətbuat mərkəzinin “Musavat”-a istinadən yaydığı məlumata görə, Minsk Qrupuna həmsədrlik edən ABŞ (Anerika Birləşmiş Ştatlar), Fransa və Rusiya prezidentləri Barak Obama, Nikola Sarkozi və Dmitri Medvedyevin adından yayılan rəsmi bəyanatda Azərbaycan və Ermənistan prezidentləri münaqişənin nizamlanmasının əsas prinsiplərini qəbul etmək üçün “daha bir addım atmağa” çağırılır.
Bəyanatın tam mətnini təqdim edirik: “Biz, Rusiya, ABŞ və Fransa prezidentləri Minsk Qrupuna həmsədrlik edən dövlətlərin başçıları olaraq Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasının başa çatdırılmasında dəstək vermək öhdəliyimizi təsdiqləyirik. Biz hər iki tərəfin bu faktı qəbul etməsini alqışlayır və dəstəkləyirik ki, münaqişənin nizamlanmasının ATƏT-in Helsinki Yekun Aktında əks olunan prinsiplərə və 2009-cu il iyulun 10-da Akvilla şəhərində ”Səkkizlər qrupu" nun bəyanatında əksini tapan təkliflərə əsaslanmalı olduğunu qəbul edir. Bunlar Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağ üçün təhlükəsizlik təminatını və özünüidarəetməni nəzərdə tutan aralıq statusu, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizi, Dağlıq Qarabağın gələcək hüquqi statusunun onun əhalisinin mütləq hüquqi qüvvəyə malik səsverməsində müəyyən edilməsini, beynəlxalq təhlükəsizlik təminatını, o cümlədən sülhməramlı əməliyyatları nəzərdə tutur. Hazırda Ermənistan və Azərbaycan prezidentləri daha bir addım atmalı və münaqişənin nizamlanmasının əsas prinsipləri üzərində işi yekunlaşdırmalıdır. Hansı ki, bu prinsiplərin əsasında sülh sazişinin layihəsini hazırlamaq olar. Biz ölkələrimizin xarici işlər nazirlərinə və həmsədrlərə tapşırırıq ki, ATƏT-in Almatıda keçiriləcək nazirlər toplantısına hazırlıq çərçivəsində tərəflərə mövcud fikir ayrılıqlarını aradan qaldırmaqda fəal dəstək versinlər". Birgə bəyanatdan göründüyü kimi, Qarabağ danışıqlarında müzakirələr hələ də bölgənin statusunun referendumda müəyyən edilməsini nəzərdə tutan sənəd əsasında gedir. Referendum prinsipi sənəddə “mütləq hüquqi qüvvəyə malik səsvermə” termini ilə əvəz edilib, ancaq mahiyyət eynidir. Bu prinsip tərəflərə 2008-ci ildə təqdim edilən Madrid prinsiplərində əksini tapıb. “Böyük səkkizlər”in ötən il İtaliyada keçirilən sammitindən sonra sənədin detalları böyük ölçüdə açıqlanıb, eyni zamanda həmsədr ölkələrin prezidentləri Minsk Qrupundakı təmsilçilərinə tapşırıq veriblər ki, Madrid prinsipləri üzərində işi davam etdirərək onun yeni variantını hazırlasınlar. Daha sonra həmsədrlər müəyyən müzakirələrdən sonra Madrid prinsiplərinə detalları məlum olmayan bəzi əlavələr və düzəlişlər edərək onu yenidən tərəflərə təqdim ediblər. Bu ilin yanvarında Soçidə aparılan danışıqlar zamanı Azərbaycan tərəfi Madrid prinsiplərinin yenilənmiş variantını “bəzi texniki istisnaları çıxmaqla” böyük sülh sazişi üçün əsas kimi qəbul etdiyini açıqlayıb. Erməni tərəfi cavab vermək üçün iki həftə vaxt istəyib, lakin bu günə qədər İrəvanın təkliflərə cavabı məlum deyil. Rəsmi İrəvan danışıqları uzatmağa hesablanmış bu taktikanı əsaslandırmaq üçün bildirir ki, əslində yenilənmiş Madrid prinsipləri mövcud deyil, 2008-ci ildə təqdim olunan Madrid prinsipləri var və Ermənistan tərəfi onu danışıqlar üçün əsas kimi qəbul edir. Lakin belə təxmin edilir ki, Madrid prinsiplərinin yenilənmiş variantında Dağlıq Qarabağda keçiriləcək referendum üçün vaxt limiti göstərilməyib. Məhz bu səbəbdən erməni tərəfi təkliflərdən yayınır. İrəvan çalışır ki, referendumun hansı müddət sonra keçiriləcəyi konkret göstərilsin və bölgənin yekun hüquqi statusunun müəyyən edilməsi azərbaycanlı qaçqınların ora qayıtmasından asılı olmasın. Azərbaycan tərəfi isə bölgədə səsvermə keçirilməsinə razıdır, ancaq o şərtlə ki, azərbaycanlı qaçqınlar Dağlıq Qarabağa qayıtsın və statusun müəyyənləşdirilməsində iştirak etsin. Dağlıq Qarabağ üçün nəzərdə tutulan aralıq statusun hansı formada olacağı və bölgəni Ermənistanla birləşdirəcək Laçın dəhlizinin eni, statusu və ondan istifadə məsələsi də tərəflər arasında ziddiyyətlər yaradan məsələlərdir. Belə görünür ki, Minsk Qrupunun həmsədri olan ölkələrin başçıları əsas prinsiplərin ATƏT-in xarici işlər nazirlərinin ilin sonlarında keçiriləcək illik toplantısına qədər razılaşdırılıb başa çatdırılmasını planlaşdırır. Bu səbəbdən qarşıdakı aylarda danışıqlara intensiv xarakter vermək tapşırığı verilib. Lakin münaqişə bölgəsində vəziyyət gərgindir və Ermənistanın razılaşmaya gələcəyini göstərən heç bir əlamət yoxdur. Buna baxmayaraq həmsədr ölkələrin prezidentlərinin bəyanatında Azərbaycan tərəfinin Madrid prinsiplərinin yenilənmiş variantını rəsmən qəbul etdiyinə dair heç bir qeyd yer almır. Bu fakt göstərir ki, vasitəçi ölkələr yenə də hər iki tərəfi tərəzinin eyni gözünə qoyur və Ermənistanın qeyri-konstruktiv mövqeyini dəyişməyə hesablanmış xüsusi səy göstərməkdə maraqlı deyillər.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu