SON XƏBƏRLƏR

Qırğızıstan parlament respublikası oldu

2021.10.20, 07:36
Qırğızıstan parlament respublikası oldu

Gunaz.tv

GünAzTv: Müvəqqəti hökumətin başçısı Roza Otunbayeva deyib ki, ölkənin parlament quruluşuna keçməsinə dair təşəbbüs əhalinin dəstəyini qazanıb.

Referendumun rəsmi nəticələri bazarertəsi elan olunmalıdır.

Səsvermənin keçirilməsinə etiraz edən qurum və təşkilatlar hesab edirdilər ki, zorakılıq hallarından az sonra mühüm səsvermənin keçirilməsi etnik azlıqların səsvermədə iştirakını məhdudlaşdıra bilər.

İki həftə əvvəl Qırğızıstanın cənubunda qanlı iğtişaşlar vaxtı iki minədək adamın öldüyü güman edilir.

Qırğızlarla etnik özbəklər arasında toqquşmalardan sonra yüz minlərlə adam qonşu Özbəkistana keçməli olub.

Ölkənin cənubunda seçkilərlə bağlı ləğv edilmiş komendant saatı iyunun 28-dən yenidən qüvvəyə minir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar