SON XƏBƏRLƏR

Hər 18 saatda bir Azərbaycanlı fəal tutuqlanır

2021.10.20, 07:36
Hər 18 saatda bir Azərbaycanlı fəal tutuqlanır

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın müxtəlif bölgələrində milli hüquqlar zəminində fəaliyyət göstərən milli-mədəni fəallara göstərilən təzyiqlər, keçmiş illərə nisbətən daha da şiddətləyib. bu barədə “Günazport” bir qrup öyrənci fəalın (Azoh) hesablamasına istinadən xəbər yayıb.

 

2008-ci il hər 34 saatda və 2009-u il hər 35 saatda bir nəfər Azərbaycanlı milli-mədəni fəal həbs olunduğu halda , rəsmi statistikaya (amar)  görə (xatırladaq ki İranda rəsmi statistika heç vaxt real statistika ilə üst-üstə düşmür və belə məsələlərdə hər zaman olduğundan az göstərilir) 2010-cu ilin bahar fəsilində hər 18 saatda bir nəfər Azərbaycanlı fəal həbs olunub. Buda həbslər sayında gözəçarpan dərəcədə artış deməkdir.

 

2010-cu il mart ayının 21-dən (fərvərdinin 1-i) 2010-cu il iyun ayının 22-nə (tir ayının 1-i) qədər Azərbaycan 127 nəfərin həbsi, 7 fəal barədə çıxarılan 56 il həbs cəzası hökmü, bir şübhəli ölüm və iki öyrəncinin təhsildən məhrum etmək qərarına şahid olubdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar