SON XƏBƏRLƏR

Qırğızıstandan qaçan özbəklər geri dönüblər

2021.10.20, 07:36
Qırğızıstandan qaçan özbəklər geri dönüblər

Gunaz.tv

GünAzTv: İyun ayında Qırğızıstanda baş vermiş iğtişaşlar səbəbindən ölkəni tərk etmiş qaçqınların demək olar ki hamısı artıq vətənə dönüb. Bu barədə Qırğızıstan Sərhəd Xidmətindən bildirilib. Qurumun başçısının müavini Çolponbek Turusbekovun sözlərinə görə, bu həftə ərzində Oş və Cəlalabad vilayətlərinə Özbəkistandan 75 865 nəfər qayıdıb.

GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Bununla yanaşı Qırğızıstanın cənubunda baş vermiş toqquşmalara görə evlərini tərk edən insanlar üçün təşkil olunmuş qaçqın düşərgələrində artıq heç kim qalmayıb. Hazırda yalnız 380 Qırğızıstan vətəndaşı Özbəkistan ərazisində qalıb. Bu da, əsasən iğtişaşlar zamanı yaralanan və hazırda xəstəxanalarda müalicə alan şəxslərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar