Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Sərkisyanın da iştirak etdiyi toplantıda torpaqların qaytarılması məsələsi müzakirə edilib; ordumuz isə işğalçı qüvvələrin darmadağın edilməsi planını sınaqdan keçirib.
Ermənistan və Azərbaycan prezidentləri arasındakı son danışıqların nəticəsiz başa çatmasından sonra Qarabağ münaqişəsi ətrafında vəziyyət hərbi müstəvidə gərginləşməkdədir. Xəbər verildiyi kimi, bir gün əvvəl Azərbaycanın Müdafiə Nazirliyi, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinə tabe olan qoşun birləşmələrinin irimiqyaslı taktiki əməliyyat təlimləri keçirilib. Təlimlərin keçirildiyi poliqonun harada yerləşdiyi göstərilmir, lakin bildirilir ki, onlarla hərbi təyyarə və vertolyotun qatıldığı manevrlər zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair hazırlanmış hərbi əməliyyat planı sınaqdan keçirilib. Belə məlum olur ki, elə həmin gün erməni cəbhəsində də ciddi təşviş hökm sürüb. Ermənistan mənbələrinin xəbərlərinə görə, iyunun 24-də əvvəlcə müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağa gəlib.
Onun ardınca Ermənistan ordusunun aparıcı qoşun birləşmələrinin komandanları və Müdafiə Nazirliyinin rəhbərliyində yer tutan məsul şəxslər vertolyotla Xankəndinə uçublar.Maraqlıdır ki, Qarabağa yollananlar arasında müdafiə nazirinin keçmiş müavini, 2007-ci il prezident seçkilərində Levon Ter-Petrosyanın tərəfinə keçdiyi üçün vəzifədən azad edilən general Manvel Qriqoryan da olub. Bildirilir ki, Qriqoryan Qarabağ müharibəsinin veteranıdır və bölgədə hərbi əməliyyatların təşkilində böyük təcrübəyə malikdir.Xəbərlərə görə, generalların ardınca Ermənistan prezidenti Serj Sərkisyan da Xənkəndinə gəlib. Onun Azərbaycanın işğal edilmiş ərazilərinə səfəri haqda məlumat məxfi saxlanıb və yalnız axşam saatlarında açıqlanıb. Ermənistan prezidentinin və düşmən ölkənin ordusunun rəhbərliyinin Dağlıq Qarabağda müşavirə keçirdikləri, ön cəbhədəki son durumla tanış olduqları bildirilir. Sərkisyan Xənkəndi hospitalında iyunun 18-də Tərtər istiqamətində gedən döyüşlərdə yaralanan erməni əsgərlərinə də baş çəkib və yeni hərbi hissənin açılışına qatılıb. Ermənistanın müxalifyönlü mediasının iddiasına görə, Dağlıq Qarabağ rəhbərliyi ilə ərazilərin qaytarılması məsələsi də müzakirə olunub. Başqa bir mənbənin xəbərində isə deyilir ki, Sərkisyan Rusiya prezidenti Dmitri Medvedyevin Sankt-Peterburq danışıqları zamanı prezidentlərə təqdim etdiyi yeni təklifi separatçı rejimin rəhbərliyi ilə müzakirəyə çıxarıb. Bu təklifin detalları bəlli deyil, ancaq deyilir ki, Rusiya prezidenti onu hazırda danışıqlar masası üzərində olan Madrid prinsipləri çərçivəsində təqdim edib. İddiaya görə, hər iki prezident bu təklifi dəstəkləyib. Lakin Azərbaycan prezidenti İlham Əliyev daha sonra Minsk Qrupu həmsədrləri ilə görüşündə mövqeyini dəyişib və tələsik Bakıya dönməyə qərar verib.Qeyd edək ki, Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etdiyini bildirir. Erməni tərəfi isə bu təklifə cavab vermək istəmir və vaxtı uzadır. Rəsmi İrəvan təklifə konkret münasibət bildirməkdənsə belə taktika seçir ki, əslində Madrid prinsiplərinin yenilənmiş variantı yoxdur. Baxmayaraq ki, bu sənədin yenilənməsi haqda həmsədrlərə tapşırıq 2008-ci ildə İtaliyanın Akvila şəhərində keçirilən “Böyük səkkizlər” sammiti zamanı Minsk Qrupuna həmsədrlik edən dövlətlərin başçıları tərəfindən verilmişdi. Vasitəçilər həmin tapşırığa əsasən, sənəd üzərində əlavə iş apardılar və Madrid prinsiplərinin yeni variantı ortaya qoyuldu. Erməni mənbələri Dağlıq Qarabağ separatçı rejiminin təmsilçisinə istinadən bildirir ki, Sərkisyanın Xankəndinə gətirdiyi “Peterburq təklifləri” faktiki olaraq yeni sənəddir: “Erməni tərəfi bunu qəbul etdiyini açıqlayıb”.Minsk Qrupunun rusiyalı həmsədri Yuri Popov isə erməni qəzetlərindən birinə müsahibəsində deyib ki, Madrid prinsiplərinin yenilənmiş variantı deyilən sənəd yoxdur. Onun sözlərinə görə, həmsədrlər bu məsələ üzərində daim işləyir. “Bəzi elementlər qəbulediləndir, bəziləri yox. Ona görə də optimal variant tapmaq lazımdır. Məsələ kifayət qədər mürəkkəbdir. Münaqişənin nizamlanmasının müəyyən prinsipləri var, lakin ümumi mənada təkliflər və bu prinsiplərin necə reallaşacağını göstərən alqoritm yoxdur. Ona görə də Minsk Qrupu işi davam etdirir. Elə məsələ var ki, Azərbaycan tərəfi Ermənistanla razı deyil, elə məsələ də var ki, vəziyyət əksinə dəyişir. Bizim vəzifəmiz tərəflərin mövqelərini maksimal dərəcədə yaxınlaşdırmaqdır. Bu proses nə qədər uzun çəkəcək, mən bunu deyə bilmərəm” deyə, rusiyalı diplomat bildirib.Azərbaycan prezidenti İlham Əliyev isə hərbi səhra geyimində təlimlərə qatılan əsgərlər qarşısında çıxışı zamanı danışıqlar prosesinin gedişi və Bakının strategiyası haqda növbəti bəyanatlar səsləndirib. O, ordunun kifayət qədər güclü və işğal altında olan əraziləri qaytarmaq qabiliyyətinə malik olduğunu deyib: “Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi var. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılıb. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə bir rəqəmi demək kifayətdir ki, son 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artıb. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Bir neçə il əvvəl qarşıya məqsəd qoyulmuşdu ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərindən çox olmalıdır. Artıq bu məqsəd reallaşıb. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursatı və texnikanı alacağıq.”Prezident 20 ilə yaxındır dava edən danışıqların Ermənistanın işğalçı mövqeyi üzündən heç bir nəticə vermədiyini xatırladıb. O deyib ki, indi Azərbaycanın qarşısında iki yol var: “Ya danışıqları davam etdirmək, - biz buna hazırıq, ancaq o şərtlə ki, danışıqların nəticəsi olsun, - ya da ki, başqa yolu seçmək. Biz hər bir varianta hazır olmalıyıq və son illər ərzində dəfələrlə verdiyim bəyanatlar bunu bir daha göstərir. Biz məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməmişdik. Azərbaycan bu danışıqlarda çox konstruktiv mövqe nümayiş etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyil.” Prezident ordunu Ali Baş Komandanın əmrinə hər an hazır olmağa çağırıb. O deyib ki, Azərbaycanın bütün qoşun növləri və hərbi qüvvələri vətən müharibəsinə hazır olmalıdır. Belə müharibə zamanı qoşunlar arasında koordinasiya və cəmiyyətin səfərbər olunması vacibdir.Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, prezidentin izlədiyi manevrlərə 4000 - dən çox canlı qüvvə, 100 tank, 77 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 17 döyüş təyyarəsi, 12 döyüş vertolyotu və 4 nəqliyyat-döyüş vertolyotu cəlb edilib. Təlimdə qarşıya aşağıdakı məqsədlər qoyulub:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin birgə döyüş tətbiqinin planlaşdırılması üzrə qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi.
2. Müdafiə əməliyyatı gedişində müxtəlif güc strukturlarının birləşmə və hissələrinin uzlaşmış fəaliyyətinə nail olunması, əməliyyatın müxtəlif mərhələlərində qoşunlar arasında koordinasiyanın və qarşılıqlı əlaqənin təmin edilməsi.
3. Genişmiqyaslı hücum əməliyyatının aparılması, ölkə ərazisinə soxulmuş düşmən qüvvələrinin darmadağın edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası üzrə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birlik, birləşmə və hissələrinin birgə fəaliyyətlərinin uzlaşdırılması.
Müdafiə Nazirliyi qarşıya qoyulmuş bütün məqsədlərə nail olunduğunu deyir. Musavat
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu