SON XƏBƏRLƏR

Dünya şirkətlərinin seçimi: İranla işləmək istəyirsiniz, yoxsa Amerika ilə?!

2021.10.20, 07:36
Dünya şirkətlərinin seçimi: İranla işləmək istəyirsiniz, yoxsa Amerika ilə?!

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresi İranın nüvə fəaliyyətinin əngəllənməsi məqsədini daşıyan birtərəfli sanksiyaları təsdiqləyib. Sanksiyalar Senatda 99-a qarşı 0, ABŞ Nümayəndələr Palatasında isə 408-ə qarşı 8 səslə qəbul edilib. Yeni sanksiyalar İranın enerji və bank sektorlarını hədəfə alır və İranla biznes əlaqələrində olan xarici firmalara da cəza tətbiqini nəzərdə tutur. Sanksiyaların qanuni qüvvəyə minməsi üçün prezident Barak Obama tərəfindən də təsdiqlənməsi lazımdır ki, bu da heç kimdə şübhə doğurmur.Bu sanksiyalardan əvvəl də ABŞ şirkətlərinin İrana sərmayə qoymaları və ya İran şirkətləri ilə ticarət əlaqələri qurmaları qadağan edilmişdi. Demokratların Senatda əksəriyyət lideri olan Harri Reyd «İranın nüvə silahı düzəltməsini əngəlləməyimiz lazımdır. Belə bir silah ABŞ və İsrailin milli təhlükəsizlikləri üçün bir hədə yaradır» deyə bildirib.Respublikaçı senator Con Makkeyn də «Dünya boyunca şirkətlərə bir seçim təqdim edirik: İranla işləmək istəyirsiniz, yoxsa ABŞ-la?» deyə xarici şirkətləri İranla əməkdaşlıqdan çəkindirmək üçün dolayısı ilə şantaj edib: «Bunun bir seçim olduğunu tam olaraq düşünmürük, amma şirkətləri buna məcbur edəcəyik. Onlar hər iki tərəflə işləyə bilməzlər».Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Avropa Birliyi bu ayın əvvəllərində İrana qarşı yeni sanksiyaların tətbiq olunmasına dair qərar verib. Amma ABŞ Konqresi hələ də bu sanksiyaların kifayət qədər sərt olmadığını düşünür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar