SON XƏBƏRLƏR

Türkiyə-İraq sərhədini peşəkar əsgərlər qoruyacaq

2021.10.20, 07:36
Türkiyə-İraq sərhədini peşəkar əsgərlər qoruyacaq

Gunaz.tv

GünAzTv: Türkiyə ordusu son günlərdə intensivləşən PKK hücumlarının qarşısını almaq üçün İraqla sərhəddin peşəkar əsgərlər tərəfindən qorunması qərarına gəlib.

Türkiyə silahlı qüvvələrinin rəhbərliyi son günlərdə intensivləşən PKK hücumlarının qarşısını almaq üçün İraqla sərhəddin peşəkar əsgərlər tərəfindən qorunması qərarına gəlib.

Bu arada, PKK ilə mübarizə çərçivəsində İraqla sərhəd xəttinin dəyişdirilməsi məsələsinin də gündəlikdə olduğu bildirilir.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən Son günlərdə PKK qiyamçılarının silahlı hücumları nəticəsində 20 yaxın Türk əsgərinin həlak olması Ankaranı PKK ilə mübaruzədə yeni yollar axtarmağa vadar edib.

Bu istiqamətdə ilk konkret addım kimi, Türkiyənin İraqla sərhəd bölgələrində peşəkar əsgərlərin qulluq etməsi qərarlaşdırılıb.

Hərbi qulluğa yeni çağırılmış təcrübəsuz gənclərin dağlıq ərazinin xüsusiyyətlərinə daha çox bələd olan PKK-lılarla mübarizədə böyük itkilər verməsi bəzi ekspertlər və icmalçılar tərəfindən kəskin tənqid edilir.

Bu arada, PKK ilə mübarizə çərçivəsində İraqla sərhəd xəttinin dəyişdirilməsi məsələsinin də gündəlikdə olduğu bildirilir.

Hərbi eksperlərin fikrincə, sərhəd xəttinin keçdiyi dağlıq ərazinin xüsusiyyətləri PKK-lıların kiçik qruplarla sərhəddi keçməsi və silahlı hücumlar ilə mübarizəni çətinləşdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar