SON XƏBƏRLƏR

İranda yeni əyalət yaradılıb

2021.10.20, 07:36
İranda yeni əyalət yaradılıb

Gunaz.tv

GünAzTv: İranda Yeni yaradılmış əyalət (ostan) sakinlərinin böyük əksəriyyətini Azərbaycan türkləri təşkil edir.GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, yeni əyalətin yaradılması haqqında qanun layihəsi iyunun 22-də İran parlamentində qəbul olunub. 144 deputat qanunun lehinə, 41 nəfər əleyhinə səs verib, 19 nəfər bitərəf qalıb.

 

Qanuna görə, Əlbürz adlandırılan yeni ostan Tehran əyalətinin ərazisi - Kərəc, Savucbulaq və Nəzərabad rayonları hesabına yaradılır. Hər üç rayonda yaşayanların əksəriyyəti azərbaycanlıdır.Əlbürz əyalətinin mərkəzi Kərəc şəhəridir. Kərəc şəhərinin 1 milyon nəfərdən çox əhalisi var.

Əlbürz İranın 31-ci ostanıdır. Yeni əyalət şərqdən Tehran, şimaldan Mazandaran, qərbdən isə Qəzvin ostanları ilə həmsərhəddir.

Əlbürzə ostandar bir aya təyin ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar