SON XƏBƏRLƏR

Milli-mədəni fəal Şükrullah (Şükür) Qəhrəmani Fərd həbs edilib

2021.10.20, 07:36
Milli-mədəni fəal Şükrullah (Şükür) Qəhrəmani Fərd həbs edilib

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanda İran rejiminin həbs əyləmləri dəvam etməkdədir. Bu dəfə isə tanınmış milli-mədəni fəal, müəllim və universitet öyrəncisi cənab Şükrullah (Şükür) Qəhrəmani Fərd Təbrizdən Kəleybərə gələrkən, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanıb və naməlum istiqamədə aparılıb.

 

Məmurlar cənab Qəhrəmani Fərdi yaxaladıqdan sonra onun sakin olduğu Xudafərin kəndinə gedib və milli-mədəni fəalın evində axtarış aparmaq istəyiblər. ancaq məmurların məhkəmə hökmü olmadığı üçün adını çəkdiyimiz milli fəalın həyat yoldaşı məmurların tələbi qarşısında ciddi müqavimət göstərib və beləliklə  məmurlara evdə axtarış aparmaq icazəsi verməyib. Məmurlar qeyri-etik davranışlara yol versələrdə sonda ev sahibəsinin iradəsinə təslim olublar.

 

Xatırladaq ki, hərəkatçı 2002 və 2006-cı illərdə Babək qalası yürüşlərində həbs edilib. Cənab Qəhrəmani Fərd milli zəmində öz fəaliyyətlərinə görə, tanınmış simalardan biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar