SON XƏBƏRLƏR

İranla bağlı Moskva və Vaşinqtonun mövqeləri eyndir

2021.10.20, 07:36
İranla bağlı Moskva və Vaşinqtonun mövqeləri eyndir

Gunaz.tv

GünAzTv: Amerika prezidenti Barak Obama Rusiya prezidenti Dmitri Medvedevi etibarlı partnyor kimi təqdir edib, lakin deyib ki, iki ölkə arasında məsələn, Gürcüstan kimi məsələlərdə fikir ayrılığı qalır.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Moskva və Vaşinqton arasında münasibətlər keçmiş Buş administrasiyası dövründə, ələlxüsus da Gürcüstan müharibəsilə bağlı son dərəcə pisləşmişdi, lakin prezident Obamanın administrasiyası Rusiya ilə münasibətləri xeyli yaxşılaşdırıb.

Birləşmiş Ştatlar bildirir ki, tərəflər bir il əvvəl münasibətlərini yenidən qurandan bəri İran və silahlara nəzarət məsələsində Moskva və Vaşinqton arasında əhəmiyyətli fikir yekdilliyi var.

   

İki prezident iki köhnə dost kimi Virginiyada burger naharı edib, kartof qızartmasını bölüşüblər və sonradan birlikdə Ağ Evə gəliblər.

Ekspertlər bunu Ağ Evin yeni administrasiyasının Rusiya ilə münasibətləri son dərəcə yaxşılaşdıra bilməsinin əlaməti kimi görürlər.

Barak Obama və Dmitri Medvedev bəyan ediblər ki, onlar ölkələri arasındakı münasibətləri yenidən qurmağa müvəffəq olublar.

“Mən işə başlayanda Birləşmiş Ştatlar və Rusiya arasında münasibətlər pozulmuşdu, hətta bəlkə də Soyuq Müharibə illərindən bəri ən aşağı səviyyəsinə düşmüşdü, - deyib Amerika prezidenti, - Ortalıqda etimadsızlıq vardı və və ümumi maraqlara aid məsələlərdə çox az iş görülüdü. Bu bizim ölkələrimizin və dünyanın maraqlarına xidmət etmirdi. Məhz buna görə də mən ölkələrimiz arasındakı münasibətləri yenidən qurmaq qərarına gəldim və prezident Medvedevin timsalında etibarlı partnyor tapdım. Biz bir-birmizi dinləyir və dostcasına danışırıq. Odur ki, cənab president, mən sizə rəhbərliyinizə və tərəfdaşlığınıza görə təşəkkür edirəm”.

Bununla belə iki ölkə arasında fikir ixtilafları qalır və prezidentləri görüşünün dostanə olduğu xəbər verilir.

Belə hesab olunur ki, indi iki ölkə arasında ticarət əlaqələri də genişlənəcək. Barak Obama bildirib ki, iki prezident ölkələri arasında münasibətləri yenidən qurmaqla yanaşı, həm də bu münasibətləri genişləndirmək qayğısına qalıblar. O bildirib ki, iki ölkə təkcə ümumi maraqları deyil, həm də firavanlığı bölüşməlidirlər. Prezident Rusiya-ABŞ prezident komissiyasının yaradılmasının məhz bu məqsədə qulluq etdiyini bildirib.

Rusiya prezidenti Dmitri Medvedev də diplomatik danışıb:

“Mən ümid edirəm ki, əlbəttə prezident Obama ilə mənim aramda yoldaşlıq və dostluq münasibətləri olacaq, lakin mən yerinə yetirilməsi mümkün olmayan məsləhətlər verə bilmərəm”, - deyib Dmitri Medvedev.

Rusiya Amerikadan 50 dəst Boinq təyyarəsi alacaq ki, bu da Birləşmiş Ştatlarda yeni iş yerlərinin açılmasına imkan yaradacaq.

Əlbəttə bu görüş zamanı Moskva hədiyyəsiz qalmayıb.

Barak Obama Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyünü tam dəstəklədiyini bildirib.

Bundan əvvəl Vaşinqton belə bir üzvlüyə müəyyən şərtlər qoyurdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar