SON XƏBƏRLƏR

İran Qəzzaya yardım gəmiləri göndərmək fikrindən daşındı

2021.10.20, 07:36
İran Qəzzaya yardım gəmiləri göndərmək fikrindən daşındı

Gunaz.tv

GünAzTv: Tehran bu addımını hadisəni siyasiləşdirmək istəməməsi ilə izah edib.

 

İsrailin dəniz blokadasını qırmaq məqəsdi ilə İrandan Qəzzaya aparılması planlaşdıırılan yardım karvanının yola salınması işinin təxirə salındığı bildirilir. Xəbəri Türkiyənin “Hurriyyet” qəzeti İranın rəsmi dövlət agentliyi olan İRNA-ya istinadla yayıb. Fələstin' Beynəlxalq Dəstək Konfransının baş katibi Hüseyin Şeyxülislam rəsmi xəbər agentliyinə deyib ki, “humanitar yardım aparan İran gəmisi Qəzzaya getməyəcək”.İRNA Şeyxülsilamın Rast şəhərində verdiyi açıqlamada gəminin həftənin şənbə günü getməli olduğunu, ancaq İsrailin qoyduğu qadağalar səbəbi ilə bazar gününə keçirildiyini xəbər vermişdi. Şexülislam rəsmilərin bu səfəri tam təxirə salmaq, yardımları başqa yolla Qəzzaya aparmaq barədə qərar verdiyini deyib.İsrailin “Haaretz” qəzeti bu plan dəyişikliyinə “İsrailin təhdidlərinin səbəb oldu”ğunu yazıb.Şeyxülislam isə yardım kampaniyasının təxirə salınmasını belə izah edib: “İsrail Qəzza xalqına yardımı siyasi bir məsələyə çevirib. Amma biz bu işə siyasi don geyindirilməsinin əleyhinəyik. Bizim ən böyük istəyimiz Qəzzadakı blokadanın aradan qaldırılmasıdır. İsrail isə BMT-yə məktub yazaraq, İran və Livan gəmilərinin Qəzzaya gəlişini bölgədə müharibəyə cəhd kimi qiymətləndirəcəklərini və buna görə hərəkət edəcəklərini bildirib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar