SON XƏBƏRLƏR

Rəsmi Tehran psixoloji gərginlik içində...

2021.10.20, 07:36
Rəsmi Tehran psixoloji gərginlik içində...

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) qoşunlarının Qarabağda və türk ordusunun Naxçıvanda yerləşdirilməsi xəbəri rəsmi Tehranı narahat edir.

 

Naxçıvan ərazisində türk ordusunun yerləşdirilməsi Türkiyənin “qonşularla sıfır problem” siyasətinə zidd olacaq. Belə bir bəyanatla İranın Ermənistandakı səfiri Seyid Əli Saqayan mətbuatda Naxçıvanda Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsi haqda yer alan xəbəri şərh edərkən çıxış edib. İranlı səfirin sözlərinə görə, Naxçıvan çətin ki, Türkiyənin hərbi qoşun yerləşdirmək istədiyi ərazidir. Seyid Əli Saqayan eyni zamanda qeyri-rəsmi məlumatlara əsaslanaraq İran-Azərbaycan sərhədində (Füzuli rayonu) ABŞ-ın hərbi qüvvələrini yerləşdirmək niyyətində olduğunu söyləyib: "İran buna heç vaxt yol verməz. İran Qarabağ münaqişəsi zonası ilə bilavasitə qonşu olan yeganə dövlətdir. Nəticə etibarı ilə bu, bizim milli təhlükəsizliyimizə aid olan bir məsələdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar