SON XƏBƏRLƏR

Bir həftədə 23 PKK terrorçusu öldürülüb, 9-u təslim olub

2021.10.20, 07:36
Bir həftədə 23 PKK terrorçusu öldürülüb, 9-u təslim olub

Gunaz.tv

GünAzTv: "Türkiyə ilə ABŞ  (AMERİKA Birləşmiş Ştatları) arasında kəşfiyyat mübadiləsi davam edir. ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır. Bizim üçün prioritet məsələ xalqın təhlükəsizliyi və terror təşkilatının ümidlərinin yox edilməsidir".

Bu gün Baş Qərargahın mətbuatı bilgiləndirmə toplantısında ordunun Daxili Təhlükəsizlik Hərəkat Dairəsnin başqanı, general Fəxri Kır belə deyib.

Kır ABŞ ordusuna məxsus "Predatör" tipli pilotsuz təyyarənin bölgədə Türkiyə hərbçilərinin istifadəsində olduğunu və bu təyyarədən bərabər zamanlı görüntülərin alındığını söyləyib.

General İsraildən alınması gözlənilən üçüncü cə sonuncu "Heron" sisteminin qəbul testlərinin isə davam etdiyini bildirib.

Xüsusi təyinatlıların - komandoların professionallaşması ilə bağlı məlumat verən Fəxri Kır bildirib ki, artıq əməliyyat qruplarının 84 faizi professionallaşdırılıb və bu proses avqustda sona çatacaq.

Terrorla mübarizə haqda da məlumat verən dairə başqanı 18 iyundan bəri 23 terrorçunun zərərsizləşdirildiyini, 9-nun təslim olduğunu bildirib. O qeyd edib ki, müvafiq dövrdə 19 təhlükəsizlik əməkdaşı şəhid olub, 2 vətəndaş ölüb, 33 təhlükəsizlik əməkdaşı ilə 8 vətəndaş yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar