SON XƏBƏRLƏR

Əhmədinejad dünya düzənini dəyişdirəcək

2021.10.20, 07:36
Əhmədinejad dünya düzənini dəyişdirəcək

Gunaz.tv

GünAzTv: İran prezidenti Mahmud Əhmədinejad iyunun 24-də jurnalistlərə açıqlamasında BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları nəzərdə tutan 9 iyun qətnaməsindən danışıb.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  Əhmədinejad deyib ki: “Onlar bizə qarşı qətnamə qəbul etməklə öz işlərini gördülər. İndi də bizim növbəmizdir. Dünyanın hazırkı ədalətsiz sisteminin dəyişməsi, yerinə ədalətli bir düzənin bərqərar olunması planımız var. Bizim planımızın məzmunu bundan ibarətdir ki, BMT Təhlükəsizlik Şurası ədalətsizdir və dəyişməlidir. Bu ölkələr bizə qarşı qətnamə qəbul etməklə bu iddiamızın düzgünlüyünü sənədli şəkildə sübut etdilər. Elə buna görə də sevinirik ki, bizim planımız əsasında oynayır, çıxış edirlər.

Bunlar bir ovuc balaca adamlardır. Heç vaxt inkişaf edib böyümürlər. Əsl inkişaf və dirçəliş vilayət (vilayəti-fəqih), imamət və göyə bağlı olmaqla mümkün ola bilər. Biz yeni danışıqlar üçün şərtlərimizi gələn həftə açıqlayacağıq. Onlar bizə qarşı qətnamə qəbul edir, sonra isə deyirlər ki, gəlin müzakirə aparaq. Çox yaxşı! Müzakirə edərik. Lakin bu dəfə elə danışıq aparacağıq ki, peşman olub bir də bu səhvləri etməyəsiniz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar