SON XƏBƏRLƏR

Bazar günü İrandan Qəzzaya yardım gəmisi yola düşəcək

2021.10.20, 07:36
Bazar günü İrandan Qəzzaya yardım gəmisi yola düşəcək

Gunaz.tv

GünAzTv: Bir müddət öncə İran İslam Respublikası da Qəzza zolağına humanitar yük aparacağını bəyan etmişdi. Ancaq sonradan Tehran hakimiyyətindəki əsas qurum İnqilab Keşikçiləri Qvardiyası bu aksiyaya qoşulmadığını bəyan etdi. İsraildəki mənbələr isə İranın Qəzzaya göndərəcəyi yük gəmisində "300 iranlı terrorçunun" olacağını bildirdi. Srağa gün İran Qızıl Aypara cəmiyyətinin direktoru Maşalla Portolui deyib ki bu həftə İran gəmiləri 3000 ton humanitar yüklə Qəzzaya yola düşəcək: "Qəzza zolağına yola düşmək üçün heç bir siyasi partiyaya mənsub olmayan 150 min könüllü yazılıb".    Bundan başqa Livandan da 30 ictimai fəal qadın və onlarla birlikdə xarici ölkənin 20 vətəndaşı o cümlədən bir neçə avropalı da həmin bölgəyə getmək niyyətindədir.    Londonda ərəb dilində çıxan "əl-Həyat" qəzetinin yazdığına görə İrana məxsus "Qəzzanın övladları" adlı gəmi iyunun 27-də yola düşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar