SON XƏBƏRLƏR

İran Azərbaycanla sərhəd bölgələrə hərbi qoşun toplayır

2021.10.20, 07:36
İran Azərbaycanla sərhəd bölgələrə hərbi qoşun toplayır

Gunaz.tv

GünAzTv: İran hökuməti ölkənin şimal-qərbində – Azərbaycanla sərhəd bölgələrdə müharibə vəziyyəti elan edib, ərazidəki hərbi birləşmələr hazırlıq vəziyyətinə gətirilib. 

 

İranın həm quruda, həm də Xəzər dənizi regionunda qüvvələrini hazırlıq vəziyyətinə gətirdiyini qeyd edən “Debka” qəzeti İranın ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrailin Azərbaycan ərazisindən istifadə edəcəyindən ehtiyatlandığını yazıb. Saytın məlumatına görə, şahidlər yollarda tankların, artilleriya sistemlərinin, zenit raket komplekslərinin Azərbaycan və Xəzər dənizi sahillərinə doğru hərəkət etdiyini bildiriblər. 

 

Qüvvələrin hazırlıq vəziyyətinə gətirilməsini və səfərbərliyin başlanıldığını İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti, ABŞ-İsrail hücumunu dəf etmək vəzifəsi həvalə olunmuş qüvvələrin komandanı, briqada generalı Mehdi Mouni də təsdiqləyib: “Səfərbərlik hazırlığı qərb sərhədlərində Amerika və İsrail qüvvələrinin iştirakına görədir. Möhkəmlənmə, hazırlıq işləri Qərbi Azərbaycan ostanında aparılır. Çünki bir sıra qərb ölkələri regionda stabilliyi pozmaq üçün etnik konfliktləri dəstəkləyirlər”.

 

Əvvəllər də İran dövlət rəsmilərinin ümumi kontekstdə ABŞ və İsrail hücumları barədə danışdıqlarını xatırladan “Debka” hərbi rəsminin ilk dəfədir konkret ərazi adını çəkdiyini və təhdidin konkret ərazisini göstərdiyini qeyd edib.

 

“Debka” onu da yazır ki, İran tərəfi ABŞ və İsrailin hücumlarda Gürcüstan ərazisindən də istifadə olunacağından ehtiyatlanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar