Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Bu gün Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri şərəflə yerinə yetirməyə hazırdır.
GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, bu sözləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi təlimlərdən sonra hərbçilər qarşısında çıxışı zamanı deyib.
Azərbaycan Ordusunun gündən-günə gücləndiyini diqqətə çatdıran prezident İlham Əliyev Azərbaycanda ordu quruculuğu prosesinın çox uğurla getdiyini bildirib: "Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün bu, prioritet olmalıdır. Bu, belədir və Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir. Biz uzun illərdir ki, işğaldan əziyyət çəkirik, torpaqlarımız işğal altındadır. Hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Bunu etmək üçün siyasi və diplomatik səylərlə bərabər, biz güclü orduya malik olmalıyıq və bu proses uğurla gedir. Bu gün Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir. Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi vardır. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılmışdır. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə bir rəqəmi demək kifayətdir ki, son bir neçə il ərzində, daha doğrusu, 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artmışdır. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Yəni, bir neçə il bundan əvvəl qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərindən çox olmalıdır. Artıq bu məqsəd reallaşıb. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursatı və texnikanı alacağıq."
Ölkə prezidenti Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı istiqamətində əlavə addımlar da atılacağını qeyd edib: "Son illərdə bu istiqamətə də çox böyük diqqət göstərilmişdir. Hazırda Azərbaycanda 21 hərbi müəssisə, hərbi zavod fəaliyyət göstərir, 30 istehsal sahəsi yaradılıbdır. Biz elə etməliyik ki, Azərbaycan Ordusu üçün, Silahlı Qüvvələr üçün lazım olan bütün texnika, silah-sursat Azərbaycanda istehsal edilsin. Biz bu istiqamətdə işimizi daha da gücləndirəcəyik. Bunu etmək üçün əlbəttə ki, ölkədə maliyyə resursları, iqtisadi güc olmalıdır və biz bu gücü yaradırıq. Son illərdə Azərbaycanda aparılan iqtisadi siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevrilir. Azərbaycanda son bir neçə il ərzində iqtisadi inkişaf dünya miqyasında ən yüksək templərlə ölçülür və bu, bizə imkan verir ki, həyatımızın bütün sahələrində lazımi tədbirləri görək. Azərbaycanda nəinki hərbi büdcə, bütün başqa məsələlərin həlli üçün əlavə vəsait ayrılır. Büdcəmiz artdıqca bütün iqtisadi-sosial məsələlər həllini tapır. Ancaq biz, ilk növbədə, hərbi xərclərə daha da böyük diqqət göstərməliyik. İqtisadi gücümüz artdıqca, əlbəttə ki, ölkənin dünyadakı, bölgədəki mövqeləri də güclənir. Azərbaycan bu gün çox böyük hörmətə malik olan bir ölkədir və bölgədə mövqelərimiz möhkəmdir. Bölgədə aparılan işlər bizi qane edir. Bizim təşəbbüslərimizlə aparılan işlər Azərbaycanın maraqlarına tam şəkildə cavab verir. Biz bölgənin gələcək inkişafı üçün də lazımi addımları atacağıq. Azərbaycanın iqtisadi qüdrəti artdıqca əlbəttə ki, ölkə qarşısında duran bütün vəzifələr daha da uğurla icra ediləcəkdir. Keçən il və bu il dünyada hökm sürən maliyyə böhranı demək olar ki, Azərbaycandan yan keçdi. Çünki bizim tərəfimizdən atılan addımlar həm ölkəmizi, həm də əhalini bu acı fəsadlardan qoruya bilmişdir. Azərbaycan gələcəyə nikbinliklə baxan ölkədir, öz iqtisadi qüdrətini artırır. Mən şübhə etmirəm ki, biz həm iqtisadi, həm sosial, həm bütün siyasi məsələlərdə məqsədimizə nail olacağıq. Məqsədimiz ondan ibarətdir ki, ölkənin müstəqilliyini daha da gücləndirək, Azərbaycanın müstəqil siyasətini təmin edək, ölkə qarşısında duran bütün vəzifələri həll edək. Bu vəzifələrin arasında ən vacib, ən birinci vəzifə torpaqlarımızı işğalçılardan azad etmək vəzifəsidir. Bilirsiniz ki, uzun illərdir, Ermənistan ilə Azərbaycan arasında bu istiqamətdə danışıqlar aparılır. Danışıqların aparılmasında vasitəçilər öz rolunu oynayır. Ancaq buna baxmayaraq, məsələ bu günə qədər həllini tapmayıbdır. Baxmayaraq ki, bizim mövqeyimizi, haqq-ədalət mövqeyini gücləndirən beynəlxalq təşkilatların qərarları, qətnamələri vardır. Demək olar ki, dünyanın bütün təşkilatları, aparıcı təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını vermişlər. Ancaq işğalçı dövlət bu qərarlara, bu qətnamələrə məhəl qoymur. Belə olan halda Azərbaycanın qarşısına yeni vəzifələr çıxır. Ya danışıqları davam etdirmək, - biz buna hazırıq, ancaq o şərtlə ki, danışıqların nəticəsi olsun, - ya da ki, başqa yolu seçmək. Biz hər bir varianta hazır olmalıyıq və son illər ərzində dəfələrlə verdiyim bəyanatlar bunu bir daha göstərir."
Prezident İlham Əliyev bildirib ki, biz məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməmişik: "Baxmayaraq ki, biz sülh danışıqlarının tərəfdarıyıq və 20 ilə yaxındır, sülh danışıqları aparılır. Azərbaycan bu danışıqlarda çox konstruktiv mövqe nümayiş etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyildir. Biz son illər ərzində ordu quruculuğuna çox böyük diqqət göstərmişik və burada dediyim bəzi rəqəmlər sadəcə olaraq gördüyümüz işlərin cüzi bir hissəsidir. Bizim əsas vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa etməkdir. Yenə də deyirəm, biz istəyirik ki, bunu danışıqlar yolu ilə həll edək. Amma əgər bu, mümkün olmayacaqsa, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələr hazır olmalıdırlar ki, Ali Baş Komandanın əmri ilə öz doğma torpaqlarını azad etsinlər. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan respublikası tarixi Azərbaycan torpaqlarında qurulubdur. Ancaq biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu, bizim təbii haqqımızdır. Bir milyon Azərbaycan vətəndaşının elementar insan haqları pozulub. Azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. Dağlıq Qarabağdan və ətraf bölgələrdən yüz minlərlə Azərbaycan vətəndaşı qovulmuşdur. Nə vaxta qədər biz buna dözməliyik?"
Ölkə Prezidenti bir daha vurğulayıb ki, biz bütün imkanlarımızı səfərbər etməliyik və edirik: "Həm siyasi, həm diplomatik səylərimizi gücləndirməliyik və gücləndiririk. İqtisadi potensialımızı böyük dərəcədə gücləndirmişik. Bu gün Ermənistan ilə Azərbaycan arasında iqtisadi potensial baxımından böyük uçurum vardır. Bu uçurum getdikcə dərinləşəcəkdir. Çünki bizim böyük imkanlarımız vardır. Ermənistan isə, sadəcə olaraq, xarici dairələrin köməyi hesabına yaşayır, öz hesabına yaşaya bilmir və getdikcə bu fərq daha da böyüyəcəkdir. Biz hərbi gücümüzü artırmalıyıq və artırırıq. Bu gün Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri şərəflə yerinə yetirməyə hazırdır. Bir daha demək istəyirəm ki, döyüş qabiliyyəti, peşəkarlıq, vətənpərvərlik ruhu, maddi-texniki bazanın möhkəmlənməsi, orduya dövlət tərəfindən göstərilən diqqət və hörmət – bütün bu amillər bizə imkan verəcək ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşamışlar, ermənilər oraya qonaq kimi gəlmişlər. Sadəcə olaraq, Dağlıq Qarabağın əvvəlki, yəni real coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir. Xankəndi şəhəri əsrlər boyu bu adla mövcud olmuşdur. Köhnə xəritələrə baxanda hər kəs bunu görə bilir: Xankəndi. Stepanakert adı orada yoxdur. Stepanakert bolşevik, quldur Stepan Şaumyanın adından götürülübdür. Bu ad Sovet İttifaqı zamanında verilibdir. Dağlıq Qarabağ – Qarabağ Azərbaycan sözüdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Bütün başqa coğrafi məntəqələrin adlarının - hamısı Azərbaycan xalqı, Azərbaycan tarixi ilə bağlıdır. Sadəcə olaraq XIX əsrdə digər bölgələrdən ermənilərin Dağlıq Qarabağa köçürülməsi orada demoqrafik vəziyyətin dəyişdirilməsinə gətirib çıxarmışdır və Sovet İttifaqı dağılan zaman orada ermənilər əksəriyyət təşkil etmişlər. Amma bu, heç kimə əsas vermir ki, orada azlıq təşkil edən azərbaycanlıların haqları pozulsun. Azərbaycanlıların o torpağa qayıtmağa haqqı vardır və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq."
Keçirilən bugünkü təlimlərə diqqət çəkən prezident İlham Əliyev bunun bir daha Azərbaycan Ordusunun, bütün Silahlı Qüvvələrin qüdrətinin göstəricisi olduğunu deyib: "Bugünkü təlimlər həm Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları tərəfindən birgə keçirilmişdir və biz Vətən uğrunda, torpaq uğrunda mübarizəyə birlikdə çıxacağıq. Bütün Azərbaycan xalqı səfərbər olunacaqdır. Bütün silahlı birləşmələr səfərbər olunacaqdır. Bu məqsədlə bütün Silahlı Qüvvələr arasında əlaqələndirmə işi aparılmalıdır. Bu təlimlərin əsas məqsədi ondan ibarətdir ki, biz birgə səylərlə öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Təlimlər də çox uğurlu keçdi. Əlbəttə ki, təlimlərin ciddi təhlili veriləcəkdir. Buna bir az vaxt lazımdır. Amma ilkin təəssürat çox müsbətdir. Mən də gördüm ki, qarşıya qoyulan bütün vəzifələr icra edildi və Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq göstərmişlər."
Hərbçiləri və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən dövlət başçısı, onlara xidmətlərində uğurlar arzulayıb.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu