SON XƏBƏRLƏR

Daha bir milli-mədəni fəal həbs olunub

2021.10.20, 07:36
Daha bir milli-mədəni fəal həbs olunub

Gunaz.tv

GünAzTv: Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə 3 ay əvvəl İran ordusundan qovulan kiçik rütbəli zabit Firuz Yusifi həbs olunub.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  İran ordusunun ETTELAAT şöbəsinin əməkdaşları Yusifini iyunun 20-də keçmiş xidmət yerinə gedərkən tutublar.

Bir müddət əvvəl işinə hərbçilərlə bağlı komissiyada baxılan gənc azərbaycanlı zabit millətçilikdə, separatçılarla əməkdaşlıqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, Tehran və Marağa şəhərlərində millətçiliyi yaymaqda və pantürkizmdə suçlu bilinmişdi.

Yusifi 2008-ci ildə Tehranda Səttarxan hərəkatına həsr edilən mərasimə qatıldığı və Novruz bayramını Azərbaycan dilində təbrik edən açıqçalar çap etdirib yaydığı üçün tutulmuş və sonra sərbəst buraxılmışdı.

Azərbaycanlı fəalın hazırda harada saxlandığı bəlli deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar