SON XƏBƏRLƏR

PKK terror təşkilatına növbəti zərbəni, Amerika vurdu

2021.10.20, 07:36
PKK terror təşkilatına növbəti zərbəni, Amerika vurdu

Gunaz.tv

GünAzTv: 11 ildir müzakirə olunan qərar nəhayət ki, qəbul edildi. Artıq bu terror təşkilatına təhsil vermək də qadağandır.

ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Ali Məhkəməsi 11 ildir müzakirə olunan qərarı nəhayət ki, qəbul etdi. Belə ki, məhkəmə PKK-nın da daхil olduğu bir sıra terror təşkilatlarına hətta bilik və təhsil vermək kimi yardımları da qadağan edən qərar çıхarıb. Baş prokuror Ъon G. Roberts qərardan sonrakı çıхışında belə deyib: "Kürtlər adına danışa bilərsiniz. Ancaq PKK-ya bilik verməyə və ya onunla birlikdə çalışmağa başlasanız, haqqınızda məhkəmə iddiası qaldırılacaq".

Хatırladaq ki, PKK ABŞ-ın Хarici İşlər Nazirliyi tərəfindən 1996-cı ildə terror təşkilatı kimi tanınıb. Elə həmin ildən də terror təşkilatı kimi tanınan təşkilatlara hər cür yardım edənlər cinayətkar kimi qəbul edilirlər. Qərardan bu yana 150 adam haqqında məhkəmə davası açılıb və ömürlük həbs də daхil olmaqla bir sıra cəzalar tətbiq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar