SON XƏBƏRLƏR

İsrail İranı peykdən izləyəcək

2021.10.20, 07:36
İsrail İranı peykdən izləyəcək

Gunaz.tv

GünAzTv: İsrail İranı peykdən izləmək üçün kosmosa hərbi casus peyk “Ofek 9”u buraxıb. Bu haqda SİA İsrail mətbuatına istinadən xəbər yayıb.

Peyk paytaxt Təl-Əvivin cənubundakı “Palmachim” hərbi hava bazasından dünən gecə saatlarında buraxılıb. İsrailin kosmosda daha 3 casus peykinin olduğu bildirilir. Ölkə mediasındakı məlumata görə, yüksək həssaslığa malik olan kameralara təchiz edilmiş peyklə “pis işlər görən İranı” izləmək mümkün olacaq.

İsrail Kosmos Agenliyinin keçmiş rəhbəri İsaak Ben ölkə radiolarından birinə verdiyi açıqlamasında peykin ağırlığının 300 kiloqram olduğunu və ABŞ-ın (Amerika Birləşmiş Ştatları) müvafiq peyklərinə nisbətən daha kiçik olduğunu deyib. Peyki istehsal edən “Elbit” şirkəti kameraların raketlərin yerini və onların trayektoriyasını asanlıqla müəyyən edə bildiyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar