SON XƏBƏRLƏR

Güney Azərbaycanlı məhbusların qeyri-adi durumu

2021.10.20, 07:36
Güney Azərbaycanlı məhbusların qeyri-adi durumu

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanda İran rejiminin zindanlarında saxlanılan məhbusların böyük əksəriyyəti məhbus hüquqlarından məhrumdurlar.

 

Ayət Mehrəlibəylinin (Yürüş) bir müddətdir telefon əlaqəsi kəsilib. 5 gün öncə tutuqlanmış həyat yoldaşı Zəhra Fərəczadənin durumundan isə heç bir məlumat yoxdur.

 

Müxtəlif məlumatlara görə, təcridxanalarda acınacaqlı vəziyyət hakimdir. Məhbuslar ruhi-cismi işgəncələrə məruz qalırlar.

 

Hazırda həbsdə saxlanılan, mədə xəstəliyindən əziyyət çəkən milli-mədəni fəal cənab Əkbər Azad acınacaqlı şəraitdə saxlanıldığı bildirilir. Onun vəziyyəti barədə Cənab Azadın oğlu atası ilə telefon bağlantısında öyrənib.

 

Behbud Quluzadə telefonla Tebrizdəki öz bacısına bildirib ki, Qoşaçayda yerləşən öz ailəsi ilə təmas tutmasına imkan verilmir.

 

Rəsmi Məmurlar Şəhram Radmehrə telefon bağlantısı icazəsi vermirlər və gələcək üçündə heç bir söz verməyiblər.

 

Xanım Pınar Fərəczadənin anası, onun qızı ilə görüşmək istəyinin təmin edilməməsini bildirib.

 

Mühəndis Mahmud Fəzli həyat yoldaşına telefon vasitəsi ilə, təcridxanada durumunun yaxşı olmamasını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar