SON XƏBƏRLƏR

Amerika alimləri ermənilərin iddiasını ağ yalan adlandırdılar

2021.10.20, 07:36
Amerika alimləri ermənilərin iddiasını ağ yalan adlandırdılar

Gunaz.tv

GünAzTv: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Pensilvaniya Uriversitetinin alimləri ermənilərin onların adından istifadə etmələrinə də etirazlarını bildiriblər.

Ermənilərin Azərbaycanın qədim diyarlarından olan Naxçıvanın onlara məxsusluğu ilə bağlı iddialarını dünya alimləri də ağ yalan adlandırır. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda təqdiqatlar aparan ABŞ-ın Pensilvaniya Uriversitetinin arxeoloq-alimləri deyir ki, ermənilər tarixi saxtalaşdırmağa cəhd edirlər. Bu barədə keçirdikləri mətbuat konfransında məlumat verən alimlər ermənilərin guya onlardan Şərurda apardıqları tədqiqatlar haqqında məlumat almalarını da təkzib ediblər. Tədqiqatçılar 2008-ci ildən Oğlanqalada həyata keçirdikləri arxeoloji qazıntılar nəticəsində burada qədim sarayın, eləcə də digər saray və qala tikililərin qalıqlarını aşkarladıqlarını bildiriblər. Bu isə onu deməyə əsas verir ki, dırnaqarası erməni tarixçilərinin Naxçıvanı qədim Urartu dövlətinin ərazisi olduğunu iddia etməsi və Urartunun da erməni dövləti adlandırması heç bir tarixi faktlara söykənmir. 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, ABŞ-ın Pensilvaniya Universitetinin alimi Lauren Ristvit deyir:

“Dünya alimlərinin fikrincə, Urartu erməni dövləti olmamışdır və ermənilərin Urartunu özlərinə aid etməsi çox səhvdir. İkincisi isə biz ermənilərə heç bir məlumat verməmişik, onların bu barədə yazdıqları yalandır. Xüssui olaraq vurğulamaq istərdim ki, Naxçıvan Urartu deyil. ABŞ-dan, Almaniyadan, İtaliyadan olan arxeoloqlar da Oğlanqalanın Urartu ərazisinə daxil olmadığını təsdiqləyirlər.”

Konfransda ermənilərin digər yalan və uydurmalarını da ifşa edən tarixi faktlar sadalanıb. Tədqiqatçı-alimlər deyir ki, Naxçıvanda ən çox erməni yaşadığı dövrdə belə onlar əhalinin ümumi sayının 35-36%-dən artıq təşkil etməyiblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar