SON XƏBƏRLƏR

Milli-mədəni fəal Əkbər Azad acınacaqlı vəziyyətdə saxlanılır

2021.10.20, 07:36
Milli-mədəni fəal Əkbər Azad acınacaqlı vəziyyətdə saxlanılır

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın milli-mədəni fəallarının İran rejimi tərəfindən həbsə alınmasında xüsusi aktivləşmə hiss olunduğu bir dönəmdə, onların İran zindanlarında acınacaqlı vəziyyətdə saxlanıldığı barədə müxtəlif məlumatlar yayılmaqdadır.

 

Hazırda həbsdə saxlanılan tanınmış milli-mədəni fəal cənab Əkbər Azadın oğlu atasının həbsxanada saxlanıldığı acınacaqlı durumundan şikayətlənib. GünAzTv mətbuat mərkəzinin “Öyrənci”  saytına istinadən yaydığı məlumata görə, cənab Azadın oğlu, atasının ağır şəraitdə saxlanıldığını onunla telefon əlaqəsində öyrənib.

 

Qeyd edək ki, İran Təhlükəsizlik Qüvvələri 2010-cu il may ayının 25-də (xordadın 4-ü) adını çəkdiyimiz milli-mədəni fəalən Tehrandakı evinə gedərək, cənab Azadı yaxalayıb və evdə axtarış aparıblar. Məmurlar axtarışdan sonra milli fəala aid kompüter, kitab və bir neçə şəxşi əşyanı özləri ilə götürüblər.

 

Xatırladaq ki, cənab Əkbər Azad keçmiş illərdə dəfələrlə yaxalanıb və həbs olunub. O aylarca təknəfərlik kameralarda saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar