SON XƏBƏRLƏR

İşğal altındakı ərazilərdə nə rus-pravoslav kilsəsi? !

2021.10.20, 07:36
İşğal altındakı ərazilərdə nə rus-pravoslav kilsəsi? !

Gunaz.tv

GünAzTv: "Azərbaycanın işğal olunmuş ərazisində - Xankəndi şəhərində rus-pravoslav kilsəsinin inşa olunması və bu münasibətlə təməlqoyma mərasiminin keçirilməsi beynəlxalq hüququn prinsiplərinə və ölkəmizin ərazi bütövlüyünə hörmətsizlikdir.    Beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin işğal olunmuş ərazi kimi tanıdığı Dağlıq Qarabağda Azərbaycanın rəsmi icazəsi olmadan separatçı rejimin rəhbərlərilə birgə Allah evinin təməlinin qoyulmasına nə dünyəvi nə də İlahi qanunlarla haqq qazandırmaq mümkündür". Bu sözləri Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov APA-nın ermənilərin Xankəndində rus-pravoslav kilsəsi inşa etdirməsilə bağlı sualına cavab olaraq deyib.    Mətbuat xidmətinin rəhbəri bildirib ki bunu edənlər təkcə beynəlxalq qanunlar deyil həm də Böyük Yaradan qarşısında məsuliyyət daşıyır. Onun sözlərinə görə sülhün sabitliyin ədalətin təmsilçisi və müdafiəçisi olan səmavi dinlər xüsusilə onlara xidmət göstərən din xadimləri tarixi məsuliyyətini dərk etməli və təcavüzkarlarla eyni sırada dayanmamalıdır: "Əks təqdirdə bu milyonlarla ardıcılı olan bir dini təmsil edənlərə və böyük nüfuza malik yüksək bir quruma - Rus-Pravoslav Kilsəsinə başucalığı gətirməyəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar