SON XƏBƏRLƏR

Əli Xamineyinin nəvəsi Fərid Əli Həddad: İran təcili nüvə silahına sahib olmalıdır

2021.10.20, 07:36
Əli Xamineyinin nəvəsi Fərid Əli Həddad: İran təcili nüvə silahına sahib olmalıdır

Gunaz.tv

GünAzTv: İranın ali dini rəhbəri olan Əli Xamineyinin nəvəsi, hal hazırda «Cahan» internet qəzetində köşə yazıları ilə tanınan Fərid Əli Həddad maraqlı bir məqalə ilə çıxış edib. GünAzTv mətbuat mərkəzinin “Tia.az”-a istinadən yaydığı məlumata görə, Türkiyə-İran münasibətlərindən bəhs edən həmin yazıda bir sıra tövsiyyələr verən Fərid Əli Həddad vurğulayıb ki, Tehran hökuməti Ankaranın onu dəstəkləməsindən nə qədər məmnundursa, bir o qədər ehtiyatlı olmalıdır. «Türkiyənin bu gün parlayan ulduzu sabah İranın başının probleminə çevriləcək. Çünki iqtisadi və siyasi cəhətdən güclənən Türkiyə artıq İranın rəqibinə çevrilir. Suriya ilə uzun illər yaxşı münasibətlərimiz vardı. Lakin Türkiyə sonradan oraya gəldi və İranı daxili bazardan çıxardı. İllərdir Qəzzaya, Həmas təşkilatına yüz milyonlarla dollar yardım edən İran bu gün Fələstində Türkiyə qədər nüfuzlu deyil. Ankara bircə addımı ilə bütün bölgənin könlünü ələ alıb. İndi Qəzzada doğulan uşaqlara Ərdoğan adı qoyurlar, Əhmədinejad deyil».İranın bundan sonra ehtiyatlı davranmasını təklif edən Xamineyinin nəvəsi vurğulayır ki, yeganə çıxış yolu, ölkənin nüvə silahına sahib olmasıdır. «Türkiyə Qərbdən aldığı dəstəyi sayəsində daha da güclənəcək. Ərəb bazarlarından artıq sıxışdırılıb çıxarılırıq. Bu gün yeganə çıxış yolu İranın nüvə silahına sahib olmasıdır. Bu bizim təhlükəsizliyimizin qarantı ola bilər».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar