SON XƏBƏRLƏR

Türkiyənin PKK-ya qarşı yeni strategiyası

2021.10.20, 07:36
Türkiyənin PKK-ya qarşı yeni strategiyası

Gunaz.tv

GünAzTv: Türkiyə PKK-ya qarşı yeni strategiya hazırlayır. Bu strategiyada əsas olaraq beş istiqamət müəyyənləşəcək. SİA  “Sabah” qəzetinə istinadən Həmin istiqamətlərin aşağıdakılar olduğunu bildirir:

1. Bölgədə yerli kəşfiyyat birliyinin təmin edilməsi. 2. Terrorçu ailələrinin razı salınması. 3. PKK ilə Şimali İraqda və Avropada mübarizənin sürətləndirilməsi. 4. Professional ordu formalaşmasının tamamlanması. 5. Terror təşkilatına dəstək olan kütləvi informasiya vasitələrinin fəaliyyətinin nəzarətə alınması.

“Demokratik acılım”ın yeni yol xəritəsi isə 24 İyunda toplanacaq Milli Təhlükəsizlik Şurasında müzakirə ediləcək. Baş Qərargah İdarəsi, Mİlli Kəşfiyyat Təşkilatı terror təşkilatının kəşfiyyat məlumatlarının axınını kəsmək üçün yerli səviyyədə məlumat mübadiləsinə üstünlük verəcək. Terrorla mübarizə üçün bölgəyə təcrübəli heyətin göndərilməsi də nəzərdə tutulub.

 

PKK-nın başda Avropa olmaqla, digər ölkələrdəki maliyyə mənbələrinin dondurulması üçün həmin ölkələrlə danışıqlar aparılacaq. Türkiyə Baş Qərargah İdarəsinin məlumatlarına görə, illik gəliri 500 milyon dollar olan PKK, 200-250 milyon avronu narkotikadan, 100-150 milyon avronu qaçaqçılıqdan, 15-20 milyon avronu ianələrdən, 20-25 milyon avronu isə digər mənbələrdən toplayır. İraq olmaqla, İran və Suriya ilə kəşfiyyat mübadiləsinin edilməsi nəzərdə tutulub. Sərhəd təhlükəsizliyində problemlərin aradan qaldırılması üçün həmin ölkələrlə ortaq layihələrin həyata keçirilməsi diqqətdədir.

Prezident Abdullah Gülün başçılığı ilə keçirilən toplantıdan mətbuata açıqlanan məlumatda isə belə deyilir: "Toplantıda terrora qarşı icra edilən mübarizə ətraflı şəkildə qiymətləndirilib, son hadisələrdən sonra qısa və ortamüddətli əlavə tədbirlərin görülməsi qərarlaşdırılıb. Eyni zamanda qonşu və əlaqədar ölkələrlə terrorla mübarizədə koordinasiya fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar