Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Nə üçün Türkiyə bu məsələdə Çin və Rusiyanı min bir əziyyətlə fikrindən döndərən ABŞ-ın (Amerika Birləşmiş Ştatları), yəni müttəfiqinin yanında yer almadı? Türkiyə sanksiyalara “yox” deməklə ABŞ-ı cəzalandırmaq istəyirmi? Yoxsa Türkiyə siyasi kursunu dəyişir? Bəs, görəsən, ABŞ alternativ addımlar atacaqmı? Bütün bu suallar İsraillə baş verən böhrandan sonra daha da aktuallaşır. Ancaq Türkiyənin sanksiyalara “yox” deməsini sırf ABŞ-a qarşı atılmış bir addım kimi qiymətləndirmək olmaz. Eləcə də Ağ Evin Türkiyəyə qarşı sərt mövqe nümayiş etdirəcəyini də gözləmək düzgün deyil.
Türkiyənin BMT Təhlükəsizlik Şurasında (TŞ) İrana qarşı sanksiyaların əleyhinə səs verməsi zədələnən Türkiyə-ABŞ əlaqələrinin gələcəyinə dair pessimist fikirlər irəli sürməyə rəvac verdi. Onsuz da bu əlaqələr ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qəbul edilən erməni layihəsi səbəbindən zədələnmişdi. Nə üçün Türkiyə bu məsələdə Çin və Rusiyanı min bir əziyyətlə fikrindən döndərən ABŞ-ın, yəni müttəfiqinin yanında yer almadı? Türkiyə sanksiyalara “yox” deməklə ABŞ-ı cəzalandırmaq istəyirmi? Yoxsa Türkiyə siyasi kursunu dəyişir? Bəlkə Türkiyə Yaxın Şərqdə nüfuzunu artırır və ya radikallaşır? Digər tərəfdən rəsmi Ankarının mövqeyinin ABŞ-da necə qarşılanması da maraq doğurur. Bəs, görəsən, ABŞ alternativ addımlar atacaqmı?
Bütün bu suallar İsraillə baş verən böhrandan sonra daha da aktuallaşır. Ancaq Türkiyənin sanksiyalara “yox” deməsini sırf ABŞ-a qarşı atılmış bir addım kimi qiymətləndirmək olmaz. Eləcə də Ağ Evin Türkiyəyə qarşı sərt mövqe nümayiş etdirəcəyini də gözləmək düzgün deyil. Türkiyə və ABŞ-ın ortaq mənfəətləri və “model ortaqlıq” çərçivəsində müştərək baxışları var. Lakin məsələlərin həllində fərqli metod və ritorika nümayiş etdirirlər. Bu fərqli münasibətləri ortaq məxrəcə gətirərək, nəticə əldə etmək üçün birgə əməkdaşlıq və ortaq mövqe nümayiş etdirmək lazımdır.
Türkiyə İrana qarşı sanksiyalara niyə “yox” dedi?
Birincisi, Türkiyə bu addımını ABŞ-a müxalif olmaq üçün atmadı. Bu addımı rəsmi Ankaranın uzun müddətdir ortaya qoyduğu çıxış yollarının davamı kimi qiymətləndirmək lazımdır. İndiyə kimi diplomatiya və razılaşma amilini ön plana çıxaran Türkiyə İranı razı salmaqla dünyanı təəccübləndirdi. Bu təəccüb ABŞ-ın təşviqi ilə başlayan Türkiyə-İran danışıqlarının son mərhələsindəki fikir ayrılığı ilə daha açıq forma aldı. Belə ki, Türkiyə əvvəlcə İranı razı salmaq, sonra isə dünya ictimaiyyətini bu razılaşmaya inandırmaq məcburiyyətində qaldı. Ancaq rəsmi Ankaranın səsvermədəki mövqeyini nə İranın sözünə əməl etməsi, nə də dünya ictimaiyyətinin İrana etibar etməsi ilə əlaqələndirmək olar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Türkiyə həm səmimi olduğunu, həm də irəli sürdüyü həll yolunun arxasında dayandığını nümayiş etdirdi. Bütün bu cəhdlərdən sonra Türkiyə səsvermədə lehinə səs versə idi, o zaman beynəlxalq aləmdə imici zərər görə bilərdi.
Bununla yanaşı Türkiyə TŞ-nın daimi üzvü olmadığına görə, onun səs hüququ sanksiyaların qarşısını almaq gücünə malik deyil, yəni veto xarakteri daşımır. Türkiyənin verdiyi səsin mahiyyəti sanksiyaların tətbiqi məsələsində ABŞ-ı çətin vəziyyətdə qoya bilərdi. Ancaq məsələ heç də belə deyil. Çünki bu addım real təsir etməkdən daha çox rəmzi xarakter daşıyırdı. Təkcə sanksiyalar tətbiq etməklə problemin həll edilməyəcəyini ABŞ-da da qəbul edirlər. Bu baxımdan Türkiyənin əleyhinə səs verməsi problemin siyasi yolla həllinin hələ də tükənmədiyini göstərir. Bu isə müsbət haldır. Türkiyənin bu addımı qarşısında ABŞ-ın konkret olaraq nə isə itirdiyiini söyləmək mümkün deyil. Həmçinin rəsmi Ankaranın etik davranışı onun İran ilə diplomatik kanallarla müzakirələr aparmasında rolunun itirməməsinə imkan verdi. Bunun sayəsində İranı razı salmaq üçün müxtəlif siyasi addımların atılması hələ də gündəmdədir.
Digər tərəfdən Türkiyə sanksiyaların icra olunmasından sonra itirə biləcəklərini nəzərə alaraq “yox” dedi. Belə ki, sanksiyaların tətbiqinə razı olan dövlətlərdən heç biri İranın sərhəd qonşusu olan Türkiyə qədər itirmək riski ilə qarşı-qarşıya deyil. Türkiyənin İraq məsələsində qazandığı acı təcrübə onun İran məsələsində üzləşə biləcəyi təhlükələrin miqyasını nəzərə almasına imkan verdi. Türkiyə İraqdakı iqtisadi itkilərdən tutmuş, başsız qalan PKK-nın bu boşluqdan istifadə etməsi nəticəsində yaranan təhlükəsizlik məsələlərinə qədər böyük bir sahəni əhatə edən xeyli problemlərlə üz-üzə qalıb. Bu çərçivədə İranda inkişaf edən ticarət və turizm mənfi təsirlənə bilər, eləcə də qaz kəməri layihələri sual altına düşər. Bütün bu faktorlar isə Türkiyəni iqtisadi və strateji sahədə itkilərə məruz qoya bilər. Ən təhlükəlisi isə bölgədə sabitliyin pozulması ilə yanaşı, Türkiyənin qurmağa çalışdığı sülh və etimad mühitinin zərər görməsidir. Çünki bunun mənfi nəticələrini ortadan qaldırmaq xeyli çətin olacaq. Yaranmış vəziyyət İraqdakı təhlükəsizlik risklərinin yenidən gündəmə gəlməsinə yol aça bilər. Bir sözlə, Türkiyənin İraqda itirdiklərinin miqyası onun İrana qarşı sanksiyalar məsələsindəki arqumentlərinin haqlı olduğunu göstərdi.
ABŞ Türkiyənin əleyhinə səs verməsini necə qarşıladı?
Nüvə silahının azaldılması Obama hökumətinin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu məsələdə dövlətləri razı salmaq üçün geniş miqyaslı fəaliyyətə start verilib. Rusiya ilə imzalanan “START” müqaviləsi və Vaşinqtonda təşkil edilən nüvə zirvəsini bu prosesin ilkin addımları kimi qiymətləndirmək olar. İranın nüvə proqramı bu məsələ ilə birbaşa əlaqəsi olduğu üçün böyük əhəmiyyətə malikdir. Digər tərəfdən Obamanın bu məsələdə beynəlxalq ictimaiyyəti razı salmaq siyasəti ABŞ-ın daxili siyasətində çox aktual bir mövzudur. Nüvə zirvəsindən sonra Obama Braziliya, Türkiyə və Çini razı sala bilmədi, bu da onun liderlik mövqeyinin zəifliyi kimi qələmə verildi. Yerli seçkilərdən əvvəl Obamanın mövqeyinin zəiflədiyini göstərən bu vəziyyət Ağ Evdə narahatçılıqla qarşılandı.
ABŞ-ın müdafiə naziri Robert Qeytsin sözlərinə görə, İranın nüvə silahına sahib olması üçün müəyyən vaxta ehtiyac var. Bu səbəblə ABŞ rəhbərliyi İrana vaxt udmaq fürsəti verməmək və onu fikrindən döndərmək üçün təcili şəkildə İranı izolyasiya etməyi qarşısına məqsəd qoyub. Buna görə də İranın Türkiyə və Braziliya ilə razılığa gələrək, nüvə mübadiləsini nəzərdə tutan müqaviləyə imza atması rəsmi Tehranın vaxt qazanması kimi qiymətləndirildi. Tehranın bu addımı ABŞ-ın strategiyasını zəiflədəcəyinə şübhə doğurmur. “Mavi Mərmərə” gəmisinə basqından sonra gərginləşən Türkiyə-İsrail əlaqələrinin Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir etmək ehtimalı var. Həm İran, həm də İsrail məsələsində ABŞ-ın Türkiyəyə qarşı neqativ mövqe sərgilədiyini söyləmək çətindir. Türkiyənin BMT TŞ-də “yox” deməsi ABŞ dairələrində müxtəlif müzakirələrə səbəb olsa da, ABŞ Prezidenti və Dövlət katibi tərəfindən neqativ açıqlama verilmədi. Filip Qordonun açıqlamasına bənzər, yəni əməkdaşlığı nəzərdə tutan açıqlamalar daha çox səsləndi.
İkitərəfli əlaqələrin ümumi mənzərəsi
Son hadisələr nəticəsində, Türkiyə-ABŞ əlaqələri pisləşsə də, münasibətlər strateji əhəmiyyətini qorumaqdadır. Əhməd Davutoğlunun sözü ilə desək, Türkiyə və ABŞ-ın mənfəətləri üst-üstə düşür. Əsas məsələlərdə yekdil mövqedən çıxış edən tərəflər ancaq problemin həlli yollarında fikir ayrılığına düşürlər. Məsələn, hər iki dövlət öz ayağı üzərində duran Əfqanıstan görmək istəsə də, Türkiyə buna iqtisadi və siyasi yollarla, ABŞ isə hərbi güc vasitəsi ilə nail olmaq istəyir.
Eyni vəziyyət İraqın siyasi və iqtisadi inteqrasiyası üçün də keçərlidir. Türkiyə bu məqsədlə Şimali İraqdakı PKK terror təşkilatını konkret addımlarla yox etmək istəyir. ABŞ PKK-nın törətdiyi təhlükənin aradan qaldırılması fikri ilə razılaşmasına rəğmən, bu istiqamətdə konkret hərbi vasitələrdən istifadə etməyib. İran və İsrail məsələlərini bu sıraya daxil etmək olar. Tərəflər İranın nüvə dövlətinə çevrilməsinin əleyhinədirlər. ABŞ Fələstindəki hazırkı vəziyyətin davam etməsinə qarşı çıxır. Ancaq dövlətlərin problemin həllinə baxış tərzləri fərqlidir.
Vaxt ötdükcə artan bu fikir ayrılıqları problemə çevrilə bilər. Türkiyənin TŞ-dəki addımının iki dövlət əlaqələrinin kəskinləşməsinə səbəb olacağını gözləmək düzgün deyil. Çünki əvvəllər də buna bənzər hadisələr olub. Bu hadisə digərləri kimi əlaqələrin dondurulmasına səbəb olacaq miqyasda deyil. Hər iki dövlətin yürütdüyü siyasətin səmərəsiz qalmaması üçün tərəflər atdıqları addımları bir-biri ilə uyğunlaşdırmalıdırlar. İranın timsalında tərəflərin mövqelərinin zəiflədiyini görmək olar. Halbuki İranı bir tərəfdən danışıqlar stolunda saxlamaq, digər tərəfdən sanksiyalar tətbiq etməklə onu razı salmaq mümkün idi. Türkiyə və ABŞ bütün bu məsələlərdə ortaq mənfəətlərini qorumaq üçün artıq daha sıx əməkdaşlıq etməli və istifadə etdikləri metodlar arasında ahənglik qurmalıdırlar.zaman
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu