SON XƏBƏRLƏR

Azərbaycanlı fəal mühəndis Əlirza Sərrafi İnqilab Məhkəməsinə çağrılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal mühəndis Əlirza Sərrafi İnqilab Məhkəməsinə çağrılıb

Gunaz.tv

GünAzTv: İran rejiminin Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəallararına etdiyi təzyiqlər yüksələn xət üzrə irəlləyir. Bu dəfə isə milli-mədəni fəal Mühəndis Əlirza Sərrafi İnqilab Məhkəməsinə çağrılıb. O 2010-cu il iyun ayının 22-də (tir ayının 1-i) məhkəmədə hazır olmalıdır.

 

Yazıçı Mühəndis Sərrafi milli kimliyimiz və hüquqlarımız uğrunda bir neçə kitab, elmi məqalə qələmə alıb. O milli zəmində nəşr olunan bir neçə dərginin rəsmi məsul və əməkdaşlarından olub.

 

Adını çəkdiyimiz milli-mədəni fəal 1999-cu il sentyabr ayının 11-də (1378-ci il shehriver ayının 20-i) Tehranda həbs olunub, ailəsi ilə görüşdən və vəkil hüququndan məhrum olaraq təknəfərlik kamerada saxlanılmışdı. Cənab Sərrafi həbsxanada ruhi-cismi işgəncə və səlahiyyətli məsulların onun həyat yoldaşını yaxalaya biləcəkləri təhdidlərə görə, aclıq aksiyasi keçirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar