SON XƏBƏRLƏR

Bakıda İran vətəndaşının evindən silah-sursat aşkar edilib

2021.10.20, 07:36
Bakıda İran vətəndaşının evindən silah-sursat aşkar edilib

Gunaz.tv

GünAzTv: Bakıda İran vətəndaşının evindən pul və silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Şahid cəfərli Davud Ali oğlunun evinə baxış keçirilib.

Baxış zamanı oradan 1 ədəd “TT” markalı tapança, 5 ədəd güllə, 1 ədəd güllə darağı, 13.600 dollar pul, 28 ədəd möhür, 1 ədəd istifadə olunmamış doğum haqqında şəhadətnamə, 1 ədəd əmək kitabçası, 5 ədəd mobil telefon, disk və kasetlər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalara aparılır. ANS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar