SON XƏBƏRLƏR

Qardaş ölkədə Təhlükəsizlik zirvəsi başlayıb

2021.10.20, 07:36
Qardaş ölkədə Təhlükəsizlik zirvəsi başlayıb

Gunaz.tv

GünAzTv: Prezident Gül baş nazir və terrorla mübarizəyə məsul qurumların rəhbərlərini toplayıb.

Son günlərdə terror olaylarının artması ilə bağlı keçirilən təhlükəsizlik zirvəsi Çankaya Köşkündə başlayıb.

Prezident Abdulla Gül Çankaya Köşkündə baş nazir Rəcəb Tayyib Ərdoğan və terrorla mübarizəyə məsul qurumların rəhbərlərini qəbul edib.

Dövlət naziri və baş nazirin müavini Cəmil Çiçək, daxili işlər naziri Bəşir Atalay, müdafiə naziri Vəcdi Könül, Quru Qüvvələri komandanı İşık Koşaner, Jandarma Qüvvələri komandanı Atilla İşık və Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri Hakan Fidanın qatıldığı təhlükəsizlik toplantısında yaşanan son terror hücumları müzakirə olunacaq.

Çanaqqalada "İpək Yolu 2010 General Admiral seminarı"nın açılış törəninə qatılan Baş Qərargah rəisi İlkər Başbuğ isə toplantıya gec qatılacaq.

Toplantıdan sonra prezident Gül Milliyyətçi Hərəkat Partiyası lideri Dövlət Baxçalı və Barış və Demokratiya Partiyasının sədr müavini Geltən Kışanakla ayrı-ayrı görüşəcək. Prezidentin Cümhuriyyət Xalq Partiyası lideri Kamal Kılıçdaroğlu ilə görüşü isə sabah olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar