SON XƏBƏRLƏR

İranla əməkdaşlıq edən nüvə eksperti qətlə yetirilib

2021.10.20, 07:36
İranla əməkdaşlıq edən nüvə eksperti qətlə yetirilib

Gunaz.tv

GünAzTv: Aleksandr Pikayevin “Mossad” tərəfindən aradan götürüldüyü istisna deyil.

Maltanın şimalındakı məşhur kurortlardan birində tanınmış rusiyalı nüvə eksperti öldürülüb. “Times Of Malta” qəzetinin xəbərinə görə, Rusiyadakı dünya iqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun nüvə tərk-silahı və münaqişələrin nizamlanması bölməsinin rəhbərinin müavini olan Aleksandr Pikayev qaldığı evdə ölü tapılıb. Onun başından aldığı zərbə nəticəsində öldüyü bildirilir.

 

GünAzTv mətbuat mərkəzinin “Musavat”-a istinadən yaydığı məlumata görə, Polis Pikayevin cəsədini aşkar edəndə onun kompüteri hələ işləyirmiş, digər təfərrüatlar məlum deyil. Bildirilir ki, Pikayev nüvə mütəxəssisidir və onun İranla əməkdaşlıq etdiyi haqda məlumatlar var. Bu səbəbdən ekspertin İsrailin xüsusi xidmət orqanı “Mossad”ın İranın nüvə proqramını həyata keçirən alimləri bir-bir aradan götürməsi üçün həyata keçirdiyi əməliyyatların qurbanı olduğu istisna deyil. Bundan əvvəl Tehranda iranlı nüvə alimi öldürülüb, digər nüvə alimi Səudiyyə Ərəbistanından oğurlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar