SON XƏBƏRLƏR

Əfşar Süleymani budəfəki sanksiyaların təsirli olacağını deyib

2021.10.20, 07:36
Əfşar Süleymani budəfəki sanksiyaların təsirli olacağını deyib

Gunaz.tv

GünAzTv: İrana qarşı sanksiyaları nəzərdə tutan qətnamənin icrası ölkənin iqtisadiyyatına və sənayesinə mənfi təsir göstərəcək. Ancaq bu sanksiyanın elmi cəhətdən təsiri az ola bilər. Yəni qazandığı nailiyyətləri İranın əlindən almaq olmaz. Burada bir məsələ də var ki kapitalın avadanlıqların və texnologiyanın İrana idxalının gecikməsi bunların baha əldə olunması nəticədə də inkişafın azalmasına ləngiməsinə səbəb ola bilər". Bu sözləri APA-ya açıqlamasında İranın Azərbaycandakı sabiq səfiri politoloq Əfşar Süleymani deyib. Keçmiş diplomat bildirib ki bu dəfə Avropa Birliyi və ABŞ İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsini istəyir. Onun sözlərinə görə İrana qarşı budəfəki münasibət əvvəlkilərdən xeyli fərqlənir. Ə.Süleymani deyib ki Barak Obama İranı siyasi yollarla təkləmək istəyir və danışıqlara dəvət etməklə təzyiq göstərmək istədiyini təmin etdirmək niyyətindədir: "Barak Obama Moskva və Pekinə avans verməklə İranın nüvəni zənginləşdirməkdən vaz keçməsini istəyir. Rusiya ABŞ-a yaxınlaşır və onunla əməkdaşlığa önəm verir. Bu siyasət iki ölkənin yeni xarici təhlükəsizlik strategiyasından qaynaqlanan əməkdaşlıqdır. ABŞ-ın bu siyasətini Yaponiya da dəstəkləyir. Eyni zamanda bu üçlük çalışır ki Hindistan və Çini də özlərinə yaxınlaşdırsın. Onlar Braziliya və Türkiyəni də öz tərəflərinə çəkmək istəyirlər. Nəhayət 20-lik ölkələrinin birliyini gücləndirib dünyanı idarə etmək istəyirlər. Təbii ki bu asan proses deyil. Onların bütün arzularına çatması üçün zaman lazımdır". Politoloqun sözlərinə görə son vaxtlar Braziliya və Türkiyənin İranın nüvə istehsalı ilə bağlı apardığı siyasət həmin dövlətləri narahat edib. Başqa bir tərəfdən Türkiyə ilə İsrail arasında münasibətlərin gərginləşməsi bu narahatlığı daha da artırıb. Ə.Süleymani həmçinin deyib ki İsrailin Qəzzaya humanitar yaradım aparan gəmilərə hücumu bu rejimin mahiyyətini ortaya qoyub: "Bu hadisə Fələstin xalqının və müsəlman ölkələrinin xeyrinə İsrailin isə ziyanına oldu".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar