SON XƏBƏRLƏR

İranda “Сondullah” rəhbəri Əbdülmalik Rigini asdılar

2021.10.20, 07:36
İranda “Сondullah” rəhbəri Əbdülmalik Rigini asdılar

Gunaz.tv

GünAzTv: İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını iddia edən “Condollah” təşkilatının həbsdə saxlanan rəhbəri Əbdülmalik Rigi iyunun 20-də Tehranın Evin zindanında dar ağacından asılıb.

Tehran məhkəməsi 25 gün əvvəl başa çatan qapalı prosesdə Əbdülmalik Rigini Allaha qarşı müharibə aparmaqda və yer üzündə fəsad törətməkdə günahlandıraraq edama məhkum etmişdi.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı  məlumata görə, Əbdülmalik Riginin qardaşı Əbdülhəmid Rigi də mayın 24-ü Zahidan şəhərinin zindanında dar ağacından asılmışdı. Zahidan məhkəməsi onu da Allaha qarşı müharibə aparmaqda, yer üzündə fəsad törətməkdə, “Condollah” təşkilatına üzv olmaqda və həmin təşkilatın hərbi qanadında fəaliyyətdə təqsirli bilərək ölümə məhkum etmişdi.  

İranın terrorçu təşkilat kimi tanıdığı “Condollah”ın əsas bazaları Pakistanın Bəlucistan əyalətində yerləşir. Son illərdə “Condollah” yaraqlıları ilə İranın silahlı qüvvələri arasında baş verən qarşıdurmalarda hər iki tərəfdən çoxlu insan həlak olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar