SON XƏBƏRLƏR

Ərdəbildə daha bir öyrənci fəal yaxalanıb

2021.10.20, 07:36
Ərdəbildə daha bir öyrənci fəal yaxalanıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Ərdəbil şəhərində milli hüquqlar zəminində fəaliyyət göstərən öyrənci fəal cənab Yunis Suleymani həbs edilib.

 

Cənab Suleymani 2010-cu il iyun ayının 17-də (xordadın 27-i) Ərdəbil şəhərində yerləşən öz ata evində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən yaxalanıb.

 

ETTELAAT məmurları adını çəkdiyimiz öyrənci fəalı yaxaladıqdan sonra evdə axtarış aparıb, ona aid kompüter keysi və bir slra kitablarını özləri ilə aparıblar.

 

Öyrənci fəalın ailəsinə yaxın mənbələrin məlumatına əsasən, Suleymanı iyunun 19-da (xordadın 29-ü) öz ailəsi ilə telefon əlaqəsi saxlayaraq bildirib ki, o bir gün Ərdəbil ETTELAAT İdarəsində saxlanıldıqdan sonra Təbriz ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb və onun haqqında 2 aylıq saxlanma hökmü çıxarılıb.

 

Adını çəkdiyimiz öyrənci fəalın ailə üzvləri onun səhhətindən nigarandırlar. Onlar bildiriblər ki, Suleymani Hepatit xəstəliyindən əziyyət çəkir və onun qara ciyeri işləmir. O keçən il bağırsağından cərrahi əməliyyat olub və hazırda dəvamlı həkim nəzarəti altında olmalıdır.

 

Qeyd edək ki, Suleymani Həmədan universitetinin öyrəncisidir. O “Ildırım” öyrənci dərgisinin sabiq müdirməsulu və universitetin “Şəhriyar Mədəni Ocağı”-nın sabiq məsuludur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar