SON XƏBƏRLƏR

Hazırda həbsdə saxlanılan milli-mədəni fəalın həyat yoldaşı tutuqlandı

2021.10.20, 07:36
Hazırda həbsdə saxlanılan milli-mədəni fəalın həyat yoldaşı tutuqlandı

Gunaz.tv

GünAzTv: 2010-cu il may ayının 10-dan (ordibeheştin 20-i) bəri Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin təcridxanasında həbs edilən milli-mədəni fəal Ayət Mehrəlibəylinin həyat yoldaşı Zəhra Fərəczadə tutuqlanıb.

 

Xanım Zəhra Fərəczadə Təbriz məhkəməsinə həyat yoldaşı Mehrəlibəyli ilə telefon əlaqəsi saxlamaq tələbi ilə müraciət edib. O Məhz bu müraciətdə yaxalanıb. Hakim xanım Fərəczadənin ittihamı barədə heç nə deməyib.

 

Yerli mənbələrin məlumatına görə, xanım Fərəczadənin həbsi onun Mehrəlibəyli haqqında verdiyi müsahibələr və həyat yoldaşına təzyiq göstərmək məqsədi ilə həyata keçirilib.

 

Qeyd edək ki, keçən aydan bəri Güney Azərbaycanda həbslər yüksələn xət üzrə hərəkət edib, eləki keçən ay 44 nəfər milli-mədəni fəal tutuqlanıb. Onlardan bir çoxu zəmanət və mülki vəsiqə qarşılığında azadlığa buraxılsalarda ancaq hələdə 16 nəfər zindanlarda saxlanılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar