SON XƏBƏRLƏR

İşğalçı ölkə qocalır

2021.10.20, 07:36
İşğalçı ölkə qocalır

Gunaz.tv

GünAzTv: Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan gənc və orta yaşlı təbəqənin ölkəni tərk etməsinin qarşısını almaq gücündə deyil. Aclıq və səfalət içində olan insanlar iş axtarmaq üçün başqa ölkələrə üz tutmaq məcburiyyətindədirlər. Elə bunun nəticəsidir ki, ölkədə yaşlı əhalinin sayı artmaqda davam edir. Bu barədə SİA “news.am” xəbər agentliyinə istinadən xəbər yayıb.

Ermənistanda təqaüdə çıxanlar (63 yaş və yuxarı) hal-hazırda əhalinin 11,2 faizini təşkil etdiyi halda, Əmək və İctimai Təhlükəsizlik Nazirliyinin hesablamalarında bu göstəricinin 2018-ci ildə 13,3 faiz, 2050-ci ildə isə 25,7 olacağı proqnozlaşdırılır.

Əhalinin yaşlanması isə öz növbəsində əmək qabiliyyətli insanların da sayına mənfi təsir göstərir. Nazirliyin dəyərləndirmələrinə görə, 15-63 yaş aralığındakı, yəni əmək qabiliyyətli əhalinin sayı bu gedişlə 2050-ci ildə 57,6 faizə düşəcək. Hal hasırda isə bu göstərici 70,6 faizdir. Əmək və ictimai təhlükəsizlik nazirinin müavini Ardan Asatryan təqaüdçü sayının ümumi əhalinin 12 faizindən artığını təşkil etdiyi halda həmin cəmiyyətin yaşlanmış hesab edildiyini deyib.

Ermənistanın maliyyə nazirinin müavini Vardan Aramyan isə Ermənistan hökumətinin məcburi təqaüdçülük sığortasına keçidinin 2014-cü ilə qədər təxirə saldığını söyləyib. Bu sistemin 2011-ci ildən etibarən tədbiq edilməsi nəzərdə tutulurdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar