SON XƏBƏRLƏR

Amerika donanması İranın üstünə gedir

2021.10.20, 07:36
Amerika donanması İranın üstünə gedir

Gunaz.tv

GünAzTv: Aralıq dənizində olan 12 gəmidən ibarət ABŞ (Amerika Birləşmiş Ştatları) hərbi donanması Suveyş kanalını keçib.  Bu barədə Lent.az “Əl-Qüds əl-arabi” qəzetinə istinadən xəbər yayıb.

ABŞ hərbi donanmasına İsrail Hərbi Dəniz Qüvvələrinə aid bir gəmi də qatılıb. Gəmilərin göyərtəsindəki tanklar və təyyarələr Süveyş kanalı ətrafından aydın görünüb. Misir xüsusi xidmət orqanlarının çoxlu sayda əməkdaşı prosesi müşahidə edib. Qəzetin xüsusi xidmət orqanlarındakı mənbələrdən əldə etdiyinə görə, gəmilər Fars körfəzinə istiqamətlənib. İndiyə qədər Süveyş kanalından bu sayda hərbi gəmi və texnika keçməyib. Bu hərbi donanma Fars körfəzinə yetişdikdən sonra körfəzdə ABŞ-ın hərbi qüvvələri 2 dəfə artacaq. Bu isə İran üçün xoş xəbər deyil.Xatırladaq ki, ABŞ az əvvəl İrana qarşı birtərəfli sanksiyalar qəbul edib. Sanksiyalar İranın bir neçə bankın;n hesablarının dondurulmasını, İslam İnqilabını Mühafizə Korpusunun komandanlığına daxil olan şəxslərin səfərlərinə qadağa qoyulmasını, İrana yük aparan gəmilərin yoxlanılmasını əhatə edir. İran isə sanksiyaların qəbuluna sərt reaksiya verib və bəyan edib ki, əgər gəmiləri yoxlanarsa, ABŞ əks addımla üzləşəcək. İran bunun qarşılığında Fars körfəzinə daxil olan ABŞ gəmilərinin yoxlanılacağını bəyan edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar