SON XƏBƏRLƏR

Cəbhə xəttində baş verən toqquşmada hər iki tərəf itki verib

2021.10.20, 07:36
Cəbhə xəttində baş verən toqquşmada hər iki tərəf itki verib

Gunaz.tv

GünAzTv: Ermənistanla Azərbaycan qüvvələri arasında toqquşma olub. Toqquşmada Erməni tərəfinin 4 əsgəri həak olub. Azərbaycanın isə 1 əsgəri şəhid olub.

Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda baş vermiş toqquşma zamanı 4 erməni əsgəri öldürülüb, 4 nəfər isə yaralanıb. Hərbi rəsmilərin sözlərinə görə, atışma dünən Azərbaycan silahlı kəşfiyyat qrupunun regiona daxil olduğu zaman baş verib. Onlar deyir ki, qrupun geri çəkilməsindən öncə toqquşma nəticəsində bir Azərbaycan əsgəri də şəhid olub.  Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rəsmi Bakını Dağlıq Qarabağın gələcək statusu ilə bağlı danışıqlara mane olmaq məqsədilə atışmaya təhrik etməkdə günahlandırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə cavab olaraq bildirib ki, Dağlıq Qarabağda toqquşmalar rəsmi Bakının heç vaxt ərazilərinin işğal olunması ilə barışmayacağını göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar