SON XƏBƏRLƏR

Fransalı senator: "Ermənistan BMT qətnamələrinə hörmət etməlidir"

2021.10.20, 07:36
Fransalı senator: "Ermənistan BMT qətnamələrinə hörmət etməlidir"

Gunaz.tv

GünAzTv: Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu fikri senator Natali Qule Fransa senatında etdiyi çıxışında söyləyib.

 Azərbaycana səfərləri barədə danışan senator xanım çıxışında həmçinin bildirib ki, Ermənistan Fransanın mühüm iqtisadi və siyasi tərəfdaşı olan Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi barədə BMT qətnamələrinə hörmət etməlidir. GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cavabdeh olan Minsk qrupunun fransalı həmsədrinin son vaxtlar yanlış tərcümələrin girovuna çevrildiyinə toxunan Natali Qule bu məsələ ilə bağlı bəzi təkziblərə baxmayaraq, bir çox kütləvi informasiya vasitələrində getmiş materialların Azərbaycanda ciddi narazılıq doğurduğunu diqqətə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar