SON XƏBƏRLƏR

Həbsxanada Səid Mətinpur və Əli Bikəs işləməyə məcbur edilirlər

2021.10.20, 07:36
Həbsxanada Səid Mətinpur və Əli Bikəs işləməyə məcbur edilirlər

Gunaz.tv

GünAzTv: Tehranda yerləşən Evin zindanının 350-ci (bənd)  bölməsində həbs olunan məhbuslar məcburi olaraq işlədilirlər.

 

350-ci bölmədə inşaat və təmir işləri gedir. Bununla bağlı məhbusların onsuzda acınacaqlı olan durumu dahada pisləşib.

 

 Onların artıq yatmağa və istirahət etməyə yerləri yoxdur. Onlar həyətdə yatmağa məcbur olurlar. həmçinin məhbuslar məmurlar tərəfindən inşaat işlərində işlədilirlər.

 

Bir sıra məhbusların ailələrinin dediyinə görə, həbsxanalarda acınacaqlı vəziyyət hökm sürür. Bölmələr (bəndlər) həddindən artıq isti olur və hansısa sərinləşdirici imkan yoxdur. Bu barədə məhbusların ailələri dəfələrlə səlahiyyətli orqanlara müraciət etsələrdə heç bir neticə yoxdur.

 

Xatırladaq ki, Səid Mətinpur Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından biridir. O 8 il həbs cəzasına məhkum edilib. Həmçinin digər fəalıçız Əli Bikəs isə Azərbaycan türk millətinə olan təhqir barədə Xatəmiyə yazdığı kəskin məktuba görə, 7 il həbs cəzasına məhkum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar