SON XƏBƏRLƏR

Milli-mədəni fəal Firuz Yusifi istintaqa cəlb olunub

2021.10.20, 07:36
Milli-mədəni fəal Firuz Yusifi istintaqa cəlb olunub

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanlı milli-mədəni fəal cənab Firuz Yusifi 2010-cu il iyun ayının 14-də (xordadın 24-ü) istintaqa cəlb olunub.

 

O Tehranın təhlükəsizlik məsələləri üzrə məhkəməsində hakim və müstəntiqlərin suallarını cavablandırıb.

 

Dövlət məmurları 2010-cu il iyun ayının 7-də (xordadın 17-i) adını çəkdiyimiz milli-mədəni fəalın Marağadakı ata evinə gedərək, yazılı məktubla onun məhkəmədə hazır olmasını tələb ediblər.

 

Yazılan məktubda milli-mədəni fəalın ittihamı barədə heç nə yazılmayıb. Onun ancaq bir sıra məsələlərlə bağlı sorğu-suala tutulacağı qeyd olunub.

 

Cənab Yusifi keçmiş illərdə Azərbaycanın milli və mədəni hüquqları uğrundakı fəaliyyətlərinə görə, iki dəfə həbsə düşüb. O mülki vəsiqə qarşılığında azadlığa buraxılsada, onun dosyası Tehranın İnqilab Məhkəməsində cərəyan edir.

 

Adini çəkdiyimiz millki-mədəni fəal İran ordusunun sabiq zabiti olub. O məhz Azərbaycanın milli hüquqları uğrunda fəaliyyətinə görə, öz işindən azad edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar