Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Rəsmi Moskva ümidli danışsa da, münaqişə tərəflərinin bəyanatlarında hələ də ehtiyatlılıq hiss edilməkdədir.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan rusiyalı həmkarları Dmitri Medvedyevlə görüşdə Dağlıq Qarabağ probleminin həllinə dair Madrid prinsipləri ilə bağlı dialoqun davamına hazır olduqlarını bildiriblər" . Bu fikirləri Rusiya dövlət başçısının mətbuat katibi Natalya Timakova səsləndirib. RİA "Novosti"nin məlumatına görə, Timakova mətndə əsas prinsiplərin həllində mübahisəli olan məsələlərlə bağlı tərəflərin mövqeyində yaxınlaşmanın olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri bu sənədin Rusiya, ABŞ, Fransanın ATƏT-in Minsk Qrupu səviyyəsində iştirakı ilə yekunlaşması istiqamətində dialoqun davamına hazır olduqlarını təsdiqləyiblər.Dünən prezidhent İlham Əliyev Sankt-Peterburqda onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke, Bernar Fasye, İqor Popov və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Görüşdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb.Artıq görüşlə bağlı Azərbaycan və Ermənistan tərəflərinin də mövqeləri açıqlanıb. "Sankt-Peterburqda prezidentlər arasında intensiv danışıqlar həyata keçirilib, tərəflər məsələ ətrafında fikir mübadiləsi aparıblar" - Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məsələyə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Rusiya rəhbərinin iştirakı ilə prezidentlər səviyyəsində keçirilən belə görüşlər hər zaman çox vacib önəm daşıyıb: "Hesab edirik ki, belə görüşlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müxtəlif mövqelərin yaxınlaşdırılmasına həmişə imkanlar yaradır və bu imkanlardan istifadə edilməlidir". Onun sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu gün danışıq masasında yeniləşmiş Madrid təklifləri adlandırılan sənəd var və bu sənəd danışıqlarda növbəti mərhələyə keçməyə imkanlar yaradır: "Bu sənədin hazırlanmasında hər üç ölkənin həmsədrləri iştirak edib. Həmin sənəd ətrafında iş aparılmalıdır". E. Poluxov hesab edir ki, bu mərhələdə artıq görüşlərin sayından deyil, aparılan danışıqların mahiyyətindən və səmimiliyindən danışılmalıdır: "Ermənistan tərəfi bunu anlamalıdır". Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirdikləri üçtərəfli görüş barədə danışıb. "Nevs.am" xəbər verir ki, jurnalistlərə açıqlama verən nazir danışıqların İlham Əliyevlə Serj Sarkisyan arasında Rusiyanın dövlət başçısı Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən 6-cı görüş olduğunu xatırladıb. "Bu, indiyədək 3 prezident arasında keçirilmiş görüşlərin davamı olub. ATƏT-in Minsk qrupunun digər həmsədrləri - ABŞ-la Fransa da bu görüşü və Rusiyanın vasitəçiliyini dəstəkləyir", - deyə E.Nalbandyan qeyd edib. Dünən baş tutan görüşün nəticələri haqda danışan erməni nazir son zamanlar Azərbaycanla Ermənistan arasında dialoqun Rusiyanın xarici işlər nazirinin təşəbbüsü ilə XİN başçıları arasında davam etdiyini də xatırladıb: "Bu görüşdə indiyədək aparılmış danışıqlarda əldə olunmuş nəticələr qeyd edilib. Tərəflər eyni əsaslarla müzakirənin davam etdirilməsi haqda qərar qəbul ediblər. Prezidentlər xarici işlər nazirlərinə təmasların davam etdirilməsini tapşırıblar". E.Nalbandyan bildirib ki, iyulun əvvəllərində isə vasitəçilərin regiona növbəti səfəri nəzərdə tutulub: "Proses davam edir. Sankt-Peterburq görüşünün kifayət qədər konstruktiv və səmərəli olduğunu söyləmək mümkündür. O, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vacib məqam oldu".Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində "yeni növ inkişaf" gözlənilir. "Armenia Today"in verdiyi məlumata görə, bu fikri Ermənistanın Sosial-Ekoloji Partiyasının lideri Armen Dövlətyan səsləndirib. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında dünən Sankt-Peterburqda keçirilmiş üçtərəfli görüş haqda fikirlərini bölüşən partiya sədri hesab edir ki, danışıqlardan sonra verilən açıqlamalar görüşün Yerevan üçün yaxşı keçmədiyini göstərir. Dövlətyan prezidentlərin görüşü, Azərbaycanın hərbi doktrinasının qəbulu və Qarabağa Rusiya hərbçilərinin yerləşdirilməsi məsələlərinin "eyni zəncirin bəndləri" olduğunu düşünür: "Bu bəndlər Qarabağ münaqişəsinin həllində yeni inkişaf mərhələsidir". Rusiyanın Aralıq və Qara Dəniz hövzələrinin problemlərinin araşdırılması mərkəzinin rəhbəri, ekspert Alla Yazıkova isə "Nezavisimaya Qazeta"da dərc olunan məqaləsində Dağlıq qarabağ münaqişəsinin həlli ilə bağlı son iki ildəki fəallığın cənub enerji dəhlizi ilə bağlı olduğunu açıqlayıb. Onun sözlərinə görə, 2008-ci ilin avqust hadisələrindən sonra cənub dəhlizində enerji daşıyıcıları üçün yeni yollar axtarılıb. Bu marşurut Ermənistandan keçir. Lakin bunun reallaşması üçün Dağlıq qarabağ münaqişəsi həllini tapmalıdır. Bölgədə baş verən son prosesləri analiz edən mütəxəssisin qənaətincə Qarabağ münaqişəsi ətrafında gərginləşən vəziyyətdən yeganə çıxış yolu dünyanın aparıcı güycləri və regional qüvvələr tərəfindən dəstəklənən münaqişə tərəfləri arasındakı birbaşa danışıqlardır: "Bunun nə zaman baş verəcəyi məlum deyil. Lakin o da məlumdur ki, bu variant alternativsizdir". qaynar
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu