Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Müzakirələrdə Türkiyənin son günlərdə Qəzzaya humanitar yardım daşıyan gəmiyə İsrail kommandolarının reydindən sonra Tel Əvivlə yaranan qarşıdurması, İran və Suriya ilə yaxınlaşması və Cənubi Qafqazdakı təsir imkanlarına toxunuldu.
İyunun 18-də Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun sponsorluğu ilə “Türkiyənin Yeni Geosiyasəti: Sınaqlar və İmkanlar” başlıqlı konfrans keçirildi. Türkiyənin görkəmli dövlət xadimləri və politoloqların qatıldığı tədbirdə Türkiyənin yeni xarici siyasət xətləri, regional nüfuzu və Qərblə münasibətləri müzakirə olundu. Müzakirələrdə Türkiyənin son günlərdə Qəzzaya humanitar yardım daşıyan gəmiyə İsrail kommandolarının reydindən sonra Tel Əvivlə yaranan qarşıdurması, İran və Suriya ilə yaxınlaşması və Cənubi Qafqazdakı təsir imkanlarına toxunuldu.
Giriş nitqi ilə çıxış edən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) vitse-prezidentinin müavini Ömər Çelik Ankara ilə Vaşinqton arasındakı münasibətlərə aydınlıq gətirdi. Türkiyənin İranla yaxınlaşması barədə Vaşinqtonda yayılan narahatlıqları ünvanlayan cənab Çelik bildirdi ki, Türkiyənin nüvə proqramı ilə bağlı vasitəçilik səyləri regionda sülh və əmin-amanlığın bərqərar olmasına yönəlib. O, bildirdi ki, Türkiyənin vasitəçiliyi ilə bağlı təklif ilk növbədə Qərbdən gəlmişdi. Mayın ortalarında Türkiyənin Braziliya ilə birlikdə İranın hasil etdiyi uranın saflaşdırılmaq üçün mübadiləsi ilə bağlı əldə etdiyi razılıq bu baxmdan ciddi uğur idi. Lakin təəssüf ki, Qərbdə Türkiyənin təşəbbüslərinə şübhə ilə yanaşıldı. Türkiyənin BMT Təhlükəsizlik Şurasında İrana qarşı dördüncü raund sanksiyaların tətbiq olunmasına qarşı çıxmasını da Qərblə münasibətlərin pozulması kimi yozmaq lazım deyil. Belə ki vasitəçi dövlət qismində Türkiyənin İranla dialoq imkanlarını açıq saxlaması mühümdür. Bütün hallarda Ömər Çelik ABŞ-la münasibətlərin qaydasında olduğunu vurğuladı.
Daha sonra söz alan Türkiyə baş nazrinin müşaviri Dr. İbrahim Kalın Türkiyənin yürütdyü yeni xarici siyasətin fəlsəfi əsaslarını konfrans iştirakçıları ilə bölüşdü. Dr. Kalının sözlərinə görə Soyuq Müharibə bitdikdən sonra bir çox ölkələrdə milli kimliyin müəyyənləşdirilməsi yönümündə debatlar baş qaldırdı. Rusiya və Şərqi Avropa dövlətləri ilə yanaşı Türkiyə də regionda yaranmış situasiyanı yeni nəzərlərlə təhlil etməyə başladı. Gəlinən qənaət bu oldu ki, multipolar siyasi düzəndə Türkiyə regional nüfuzunu gücləndirərək beynəlxalq aləmdə söz sahibi olmalıdır. Bu baxımdan Türkiyə yaxın qonşuları ilə münasibətləri sahmana salmaq və öz gücünə uyğun olaraq regionda təsir imkanlarını nümayiş etdirmək üçün addımlar atmağa başladı. Türkiyənin İsraillə qarşıdurmasını şərh edən Dr. Kalın türk dövlətinin fələstinlilərin taleyinə biganə qala bilmədiyini və regional qüdrət kimi öz mövqeyini açıqlamaq mıəcburiyyətində qaldığını bildirdi.
Daha sonra türk politoloqlarından və sabiq ABŞ konresmenindən ibarət panel Türkiyənin İsrail, İran və iraqla münasibətlərini təhlil etdilər. Türkiyənin Gündəlik Radikal qəzetinin yazarı Cengiz Çandar beynəlxalq ədalət prinsiplərinin üstün tutulmalı olduğunu vurğulayaraq Qərbin İsraillə bağlı yumşaqlığını anlamadığını bildirdi. Eyni zamada Türkiyədə etnik kürdlərlə bağlı siyasətə toxunan Çandar köşə yazarı kimi daim ədalətin tərəfində olduğunu və ədalətsizliklərə qarşı çıxış etməyin vacibliyini vurğuladı. Cənab Çandarın nitqinə reaksiya verən sabiq Floridalı konqresmen Robert Veksler həm Türkiyə həm də İsrail liderlərinin sərt ritorikaya üz tutmasından təəssüfləndiyini bildirdi. Onun sözlərinə görə İsrailin Həmas militant təşkilatı tərəfindən idarə edilən Qəzza zolağı ilə bağlı narahatlıqlarına müəyyən anlaşma ilə yanaşmaq lazımdır.
Günün ikinci yarısında “Türkiyə Avrasiyada: Ermənistan, Azərbaycan və Rusiya ilə Münasibətlər” mövzusunda forum keçirildi. Forumda sabiq ABŞ dövlət katibinin yardımçısı Elizabet Couns, Harvard Universitetinin Beynəlxalq Münasibətlər Mərkəzində çalışan Dr. Tuncay Babalı və Economist məcmuəsinin Türkiyə üzrə müxbiri Amberin Zaman çıxış etdilər. Elizabet Couns öz nitqində Türkiyənin son 20 ildə dəyişkən siyasətinə nəzərə saldı. Onun sözlərinə görə 1990-cı illərin sonlarına qədər Türkiyədə sabiq Sovet məkanına, ələlxüsus türkdilli dövlətlərə böyük maraq hiss olunurdu. Türkiyənin Azərbaycan və Orta Asiya ölkələri ilə sıx təmasları meydana çıxmışdı. Bu münasibətlərin real nəticəsi olaraq Bakı-Tiflis-Ceyhan kimi layihələr həyata keçirildi. Bu, isə Türkiyəni dünyanın aparıcı enerji tranziti nöqtlələrindən birinə çevridi. Lakin 2000-ci illərdə münasibətlərdə soyuqlaşma hiss olunmağa başladı. Türkiyə daha çox diqqətini Avropa Birliyinə və Yaxın Şərqə yönəltməyə üstünlük verdi. Bu dəyişmədən təəssüfünü izhar edən xanım Couns Türkiyənin türkdilli xalqlar arasında nüfuzunun müsbət potensialından istifadə edilməməsindən gileyləndi.
Dr. Tuncay Babalı Türkiyə ilə Azərbacyan arasında imzalanan qaz nəqli barədə sazişin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə Türkiyənin Avropa üçün aparıcı enerji tranziti mənbəyinə çevrilməsi bu dövlətin iqtisadi maraqlarına xidmət edir. Lakin Türkiyə bu istiqamətdə aktivliyi artırmalı və Xəzərin o biri tayında da ticari əlaqələri inkişaf etdirməlidir. Bu baxımdan o, təkcə Azərbaycanın qaz ehtiyatları ilə kifayətlənməyin düzgün olmadığını bildirdi. Cənab Babalının sözlərinə görə Türkiyə ümumilikdə Xəzər Dənizinin resurslarını Qərb bazarlarına çıxarmaq üçün geniş səylər göstərməlidir.
Jurnalist Amberin Zaman Türkiyə-Ermənistan münasibətlərindən söz açdı. Onun sözlərinə görə Türkiyədə 1915-ci il hadisələrinin ictimai fikirdə yer almağa başlaması müsbət haldır. Türk və erməni xaqları arasında dostluğa çağıran Zaman ilin əvvəlində Ermənistanla Türkiyə arasında imzalanmış protokolların ratifikasiya edilməməsindən təəssüfünü izhar etdi. Xanım Zamanın bildirdi ki, Türkiyə rəhbərliyinin sonradan sərhəd açılışını Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirməsi Yerevanla münasibətlərin normallaşması perspektivlərinə zərbə vurdu.
Konfransın sonuncu mövzusu Türkiyədə demokratiyann durumu oldu. Bilkent Universitetinin professorları Dr. Ergün Özbudun və Dr. Metin Heper Türkiyədə son illərdə sivil cəmiyyətin xeyli inkişaf etdiyini və Avropa Birliyinin təzyiqi olmadan belə köklü siyasi islahatların həyata keçirildini vurğuladılar. Cənab Özbudun Atatürk irsinə yeni gözlərlə baxılmasını və hakimiyyət bölgüsünün seçkili orqanların xeyrinə dəyişməsini müsbət hal kimi dəyərləndirdi. Əvvəlki onilliklərdə Türkiyədə mütəmadi hal alan hərbi çevrilişlərdən danışan Dr. Metin Heper isə hökumətlə ordu arasındakı münasibətlərə nəzər saldı. Onun sözlərinə görə 1990-cı illərin sonunda hakimiyyətin hərbi çevriliş yolu ilə dəyişməsi ideyası hərbçilərin gözündən düşdü və hərbi qərargahlar rəisləri səviyyəsində bu qənaətə gəlindi ki, xalqın demokratik seçimini qəbul etmək Türkiyənin uzun müddətli maraqlarına xidmət edir. voa
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu