SON XƏBƏRLƏR

Nalbandyan Prezidentlərin Sankt-Peterburq görüşünü müsbət dəyərləndirib

2021.10.20, 07:36
Nalbandyan Prezidentlərin Sankt-Peterburq görüşünü müsbət dəyərləndirib

Gunaz.tv

GünAzTv: Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin dünən Sankt-Peterburqda keçirilən görüşünü konstruktiv və faydalı adlandırıb.APA-nın «Novosti-Armeniya»ya istinadən yaydığı məlumata  əsasən, XİN başçısı görüşün yekunlarına dair keçirdiyi brifinqdə bildirib ki, tərəflər bu günə qədər keçirilən görüşlər nəticəsində əldə olunmuş razılıqları fiksasiya edib və məhz bunun əsasında danışıqları davam etdirmək barədə razılığa gəliblər. O, həmçinin bildirib ki, prezidentlər XİN başçılarına əlaqələri davam etdirməyi tapşırıblar. Bu çərçivədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşlər planlaşdırılıb: “Hesab edirəm ki, bu görüş faydalı olub. Bu görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aparılan danışıqlarda əhəmiyyətli mərhələdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar