SON XƏBƏRLƏR

Futbol yarışında bir neçə soydaşımız tutuqlanıb

2021.10.20, 07:36
Futbol yarışında bir neçə soydaşımız tutuqlanıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın siyasi mərkəzi sayılan Təbriz şəhərində bir neçə soydaşımız tutuqlanıb.

 

 Onlar 2010-cu il iyun ayının 16-da (xordadın 26-ı) Təbrizin Bələdiyyə futbol taxımı ilə İsfahanın “Sepahane Novin” komandası arasında keçirilən müsabiqə zamanı, Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsinin əməkdaşları tərəfindən yaxalanıblar.

 

Aldığımız məlumata görə, ən azı 6 nəfər yaxalanıb. Onlardan hələlik Səid Bidoxt, Sabir Həmidi və İbrahim Mərdiyanın kimliyi bəlli olub.

 

Tutuqlanan soydaşlarımız, məmurlar tərəfindən naməlum istiqamətə aparılıblar. Hələlik onların harda saxlanıldığı barədə heç bir məlumat yoxdur.

 

Xatırladaq ki, Səid Bidoxt 2006-cı ildə “İran” qəzetində türkləri təhqir edən karikaturanın dərcinə qarşı etirazlarda tutulub 8 ay Əhər zindanında saxlandıqdan sonra azadlığa buraxılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar