Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresi Türkiyəni qəzəbləndirmək üçün "erməni soyqırımı" adlandırılan bəyanatı qəbul etsə belə, bu, hər şeydən əvvəl Vaşinqtonun maraqlarına xələl gətirəcək və özünə qarşı bütün İslam dünyasını qaldıracaq. Ekspertlər belə hesab edirlər.
"Bu bəyanatın qəbul edilməsi ABŞ-ın maraqlarına böyük zərbədir. ABŞ bunu etməklə açıq şəkildə təkcə Türkiyəyə deyil, həm də bütün İslam dünyasına qarşı çıxmış olacaq", - Trend-ə Türkiyə kəşfiyyatının keçmiş müşaviri Mahir Kaynak deyib.
Türk analitik hesab edir ki, ərəb ölkələri da daxil olmaqla, İslam dünyası Türkiyənin müdafiəsinə qalxacaq və bunu özlərinə qarşı atılan addım kimi qiymətləndirəcəklər.
ABŞ Konqresinin demokratlar və respublikaçılar partiyalarından olan İsrail yönümlü üzvləri Türkiyəni "erməni soyqırımı" qətnaməsini tanıya bilmələri barədə xəbərdar ediblər. Qətnamə martda Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qəbul edilib. Məlumatı CNN Turk telekanalının saytı yayıb.
Əvvəllər ABŞ konqresmenlərinin qətnaməni qəbul etmək fikirləri yox idi. Onlar Türkiyə İranla yaxınlaşmağa başladıqdan sonra və İsrail kommandoslarının "Azadlıq donanması"nın humanitar karvanına hücumundan sonra türk hökumətinin İsrailin ünvanına tənqidi fikirlər söylədiyinə görə bu fikrə düşüblər. Qəzza bölgəsinə humanitar yardım çatdıran Türkiyənin "Mavi Mərmərə" gəmisində İsrail əsgərləri və beynəlxalq hüquq müdafiəçiləri arasındakı toqquşmanın qurbanı 9 türk olub ki, bu da Türkiyə və İsrail arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
Türk siyasəti üzrə ixtisaslaşan livanlı analitik Məhəmməd Nurəddin amerikalıların xəbərdarlığını Ankaraya təzyiq vasitələrindən biri kimi nəzərdən keçirir. Belə ki, bununla onlar Türkiyəni Yaxın Şərqlə bağlı siyasətini dəyişdirməyə məcbur etmək istəyirlər.
"Türkiyə və ABŞ münasibətlərində yeni mərhələ başlayıb. Vaşinqton Türkiyənin İsraillə bağlı siyasətindən imtina etməsi, Fələstin probleminə münasibətini dəyişməsi üçün bütün təzyiq vasitələrindən, o cümlədən erməni məsələsindən istifadə edir", - Trend-ə Beyrut Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Nurəddin deyib.
Konqresmenlərlə yanaşı, ABŞ-dakı aparıcı Avropa təşkilatları Konqresdə "erməni soyqırımı" qətnaməsinə qarşı çıxmamağı qərara alıblar. Bu barədə "The Washington Times" qəzeti yazıb. Amerikalı konqresmenlər Ankaranı xəbərdar ediblər ki, İsraillə bağlı siyasətinə görə o, "soyqırım" qətnaməsini "ödəməli olacaq".
Səudiyyə Ərəbistanında çalışan türk analitik İsmayıl Yaşanın fikrincə, Konqres qətnaməni qəbul edəcəyi təqdirdə, ərəb ölkələri Türkiyəyə tam dəstək verəcəklər. Lakin onların Konqresin mövqeyinə hər hansı təsir göstərə biləcəkləri şübhə doğurur.
"Ermənilər ərəb dünyasının iki ölkəsində - Suriya və Livanda kifayət qədər təsir qüvvəsinə malikdirlər. Lakin bu ölkələr Türkiyə ilə münasibətlərinin möhkəmləndirilməsi mərhələsində Türkiyə əleyhinə hər hansı addım atmazlar", - deyən Yaşa əlavə edib ki, "erməni soyqırımı" məsələsi ərəb ölkələri üçün prioritet deyil.
"Konqres qətnaməni qəbul etdiyi zaman ərəb ölkələri Türkiyənin tərəfini saxlasalar belə, həyəcan təbilini vurmayacaqlar", - analitik vurğulayıb.
Ermənistan və erməni lobbisi bəyan edirlər ki, Türkiyənin sələfi Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Bu faktın dünyada tanınmasını arzulayan ermənilər dünya ölkələrində "soyqırım" adlandırılan faktın təbliğini gücləndirərək bəzi ölkə parlamentlərinin onu tanımasına nail olublar.
Lakin ekspertlər, o cümlədən türk diplomatları ABŞ-ın öz şəxs maraqlarına xələl gətirəcəyi addımı atacağına şübhə edirlər.
"ABŞ üçün ölkənin şəxsi maraqları vacibdir. Türkiyə və ABŞ NATO-da müttəfiqdirlər. Bundan başqa, biz müxtəlif sahələrdə əməkdaşlıq edirik. Prezident Obamanın Türkiyəyə, Ankaranın isə ABŞ-a olan münasibəti hamıya məlumdur", - Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib.
Türkiyəli diplomat yəhudi lobbisinin Ankara və Vaşinqton arasındakı münasibətləri korlaya bilməsinə şübhə ilə yanaşır. Belə ki, ölkələri tarixi və düşünülmüş əlaqələr bağlayır.
"Ölkələr arasındakı münasibətlərə heç kəs xətər yetirə bilməz, əksinə, münasibətlər genişlənəcək və inkişaf edəcək", - diplomat qeyd edib.
Diplomatla türk analitik Məhəmməd Zahid Gül də razıdır. O, hesab edir ki, nə respublikaçı, nə demokrat, nə də hər hansı amerikalı siyasətçi ABŞ və Türkiyə münasibətlərinə xələl gətirə bilməz.
"Türkiyə İran deyil. ABŞ bu antitürk qərarı asanlıqla qəbul edə bilməz. ABŞ-ın Türkiyədə kifayət qədər marağı var", - Trend-ə türk ekspert bildirib.
"Ankara üçün konqresmenlərin bəyanatları növbəti informasiya hücumudur. Odur ki, türk hökuməti buna cavab verməyəcək", - Zahid Gül fikrini aydınlaşdırıb.
Türkiyə kəşfiyyatının keçmiş müşaviri Mahir Kaynak da qətnamənin qəbul edilməsini riskli addım kimi dəyərləndirir. Çünki bunun nəticələri Vaşinqtonda özünü büruzə verəcək.
Kaynak hesab edir ki, ABŞ təkcə Türkiyəyə deyil, həm də Ankaranın Yaxın Şərqdə yürütdüyü siyasəti dəstəkləyən bütün İslam dünyasına qarşı çıxmış olacaq.
Cümə axşamı Ankarada iyunda keçirilməsi nəzərdə tutulan və terrorizmlə mübarizəyə həsr edilən birgə Türkiyə-ABŞ iclasının Vaşinqtonun təşəbbüsü ilə ləğv edilməsi də məlum olub.Ağ Evin mətbuat katibi Filip Krouli mətbuat konfransında məlumat verib ki, tədbir ABŞ Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə əlaqələndiricisi Daniel Benjaminin başçılıq etdiyi nümayəndə heyətinin planlaşdırılan müddətdə iclasda iştirak edə bilməməsi səbəbindən ləğv edilib. "Türkiyə terrorizmlə mübarizə sahəsində vacib müttəfiqdir və ABŞ bu tədbirin yeni proqramını gözləyir", - Krouli qeyd edib.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu