SON XƏBƏRLƏR

Roza Otunbayeva: qurbanlarının sayı 2 minə çata bilər

2021.10.20, 07:36
Roza Otunbayeva: qurbanlarının sayı 2 minə çata bilər

Gunaz.tv

GünAzTv: Müvəqqəti hökümətin rəhbəri vəziyyətlə yerində tanış olmaq üçün ölkənin cənubuna gedib.

Qırğızıstanın müvəqqəti hökümətinin rəhbəri Roza Otunbayeva Kommersant  qəzetinə müsahibəsində bildirib ki, iğtaşaş qurbanlarının sayı 2 minə çata bilər.

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Qırğızısıtanın  müvəqqəti hökümətinin rəhbəri Roza Otunbayeva Oş və Cələlabad vilayətlərində qırğız və özbəklər arasında  baş verən etnik qarşıdurmalardan sonrakı vəziyyətlə yerində tanış olmaq üçün  ölkənin  cənubuna gedib. Artıq hər iki vilayətdə  həyat normal axarına düşür. Bir neçə gündür bağlanmış dükanlardan bəziləri açılıb. Şəhər mərkəzlərinə və ətraf rayonlara elektirik enerjisinin verilişi bərpa olunub. İğtişaşlar səbəbindən  təhlükəsiz yerlərə qaçan yerli sakinlərdə  artıq evlərinə dönməyə başlayıb. Oş və Cəlalabadda vəziyyət təhlükəsiz qüvvələrinin nəzartindədir. Lakin    vilayətdə qidi  çatışmazlığı problemi hələdə  qalmaqdadır. Beynəlxalq Qırmızı Xaç Komitəsi və İnsan Hüquqları Təşkilatları humanitar yardımların sakinlərə çatmamasından narahatdır.Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Qırğızıstandakı yerli ofisinin rəhbəri Mahir Səfərli deyib ki, ölkəyə BMT tərəfindən 6 təyyarənin göndərilməsi nəzərdə tutulub ki, onun 3-ü artıq gəlib.Hökumət 75 min qaçqının olduğunu açıqlayıb. Özbəkistan  tərəfi isə 100 minə  yaxın qaçqının ölkə sərhəddini keçdiyini deyib. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin təyyarəsi  ilə   Qırğızıstandan Moskvaya  100-ə yaxın qaçqın gətirilib. Bu arada  Rusiya prezidenti Dmitri Medvedev Wall Street Journel qəzetinə müsahibəsində deyib ki, Qırğızıstana Rusiya qoşunlarını göndərməyə ehtiyac yoxdur. Bundan əlavə Rusiya prezidenti sülhməramlıların ölkəyə gətirilməsi ilə bağlı Qırğızıstan hökumətinin də xahişini geri götürdüyünü qeyd edib. Onun sözlərinə görə baş verən qarşıdurmalar Qırğızıstanın daxili işidir və bu problemi ölkənin hökuməti özü həll etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar