SON XƏBƏRLƏR

Rəsmi Kreml Azərbaycan və Ermənistan prezidentlərinin mövqelərində yaxınlaşma əldə olunduğunu bildirib

2021.10.20, 07:36
Rəsmi Kreml Azərbaycan və Ermənistan prezidentlərinin mövqelərində yaxınlaşma əldə olunduğunu bildirib

Gunaz.tv

GünAzTv: Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında keçirilən üçtərəfli görüşün detalları barədə rəsmi Kreml açıqlama verib.

 Rusiya prezidentinin mətbuat katibi Natalya Timakovanın jurnalistlərə açıqlamasına görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan rusiyalı həmkarları Dmitri Medvedyevlə söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları Madrid prinsipləri əsasında davam etdirməyə hazır olduqlarını bildiriblər.

Mətbuat katibinin sözlərinə görə, görüşdə nizamlanmanın əsas prinsipləri üzrə bəzi mübahisəli məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşdığı qeyd olunub: “Üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin çözülməsi variantlarına baxılıb. Azərbaycan və Ermənistan prezidentləri Minsk Qrupu çərçivəsində, ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə Madrid sənədi üzərində işin başa çatdırmasına yönəlmiş dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar