SON XƏBƏRLƏR

Ankara Tel-Avivə vaxt verdi

2021.10.20, 07:36
Ankara Tel-Avivə vaxt verdi

Gunaz.tv

GünAzTv: Tələblər yerinə yetirilməsə, Təl-Əvivdəki səfirlik ləğv ediləcək.

İsrailin "Mavi Mərmərə" gəmisinə etdiyi silahlı basqın və 9 Türkiyə vətəndaşının öldürülməsi ilə bağlı rəsmi Ankara Təl-Əvivdən tələblərinin yerinə yetirilməsini istəyir. Bu barədə ANS PRESS Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər yayıb.

Qəzetin məlumatına görə, İsrail Türkiyənin bu tələblərini yerinə yetirmək fikrindən uzaqdır. Bu ölkə dünya ictimaiyyətinə gəmilərə etdiyi hərbi müdaxilədə haqlı olduğunu sübut etməyə çalışır. Odur ki, Ankara artıq İsraili gözləmək fikrindən uzaqdır. Qəzet yazır ki, diplomatik mənbələr Ankaranın İsrailə qarşı 4 tələb irəli sürdüyünü bildirir. Bunlar- Türkiyədən üzr istənilməsi, baş verənlərə görə təzminat ödənilməsi, hadisəni araşdırmaq üçün beynəlxalq komissiyanın yaradılması, saxlanılan gəmilərin dərhal azad edilməsidir. Türkiyə bu tələblərinin yerinə yetirilməsini istəyir və mövqeyi aydındır. Əgər bütün tələblər yerinə yetirilsə, o zaman İsraillə diplomatik münasibətlər yenidən qurulacaq. Tələblərin bir hissəsi yerinə yetirilərsə, o zaman durum ciddi müzakirə olunacaq. Yox, əgər heç bir tələb yerinə yetirilməzsə, o zaman Türkiyə İsraildəki səfirliyini ləğv edib əvəzində konsulluq yaradacaq. Həmin diplomatik mənbənin qəzetə verdiyi məlumata görə, Ankara əvvəlcə saxlanılan gəmilərin azad edilməsini və orada olan humanitar yardımların tez bir vaxtda Qəzzaya çatdırılmasını istəyir. Ancaq İsrail bu günə qədər tələblərlə bağlı hər hansı addım atmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar